Əsas səhifə İş qadını İldə 25 milyon dollar qazanan “eBay” mütəxəssisi

İldə 25 milyon dollar qazanan “eBay” mütəxəssisi

1052

Başlığı oxuduqdan sonra diqqətinizi çəkən hissənin “ildə 25 milyon dollar qazanan” ifadəsinin olduğunu bilirik. Amma bu detal eBay kimi 20-dən çox ölkədə fəaliyyət göstərən və dünyanın hər bir yerinə satış etmə imkanları olan bir saytın mütəxəssisinə aiddirsə, o qədər də təəccüblənməməliyik. Linda Lightmanın öncədən sizə tanış olduğundan xəbərimiz yoxdur. Lakin əminik ki, 53 yaşında bu xanımın ildə milyonlarla dolları necə qazandığı sizə maraqlıdır.

Lightman, eBay-dakı mağazasında “Linda’s Stuff”-da məhsul satışı həyata keçirir. İnanmaq nə qədər çətin olsada o, il ərzində 25 milyon dollar qazanır. Bu işə necə başladığının hekayəsi isə hamımıza nümunə olacaq xarakterdədir. Lightman, 2 uşaq anasıdır. O bu işə 15 il əvvəl, ilk olaraq uşaqlarının komyuter oyunlarını satmaqla başlayıb. Sonraki dövrlərdə evindəki işlətmədiyi əşyaları da satışa çıxaran Lightman, bu işin xeyli əyləncəli olduğunu hiss edib. Rəfiqələri arasında da bu mövzuda məhşurlaşan Lightman, qısa müddət ərzində ətrafındakı bir çox insandan onların əşyalarını satması üçün təkliflər alıb. Bu yolla satış üzrə məhşurlaşan Lightman, eBay vasitəsi ilə illik 25 milyon dollarlıq satış həyata keçirən bir xanıma çevirilib.

“Kiminin xəyalları, kiminin həyatları” ifadəsi üçün Lindanın həyatı əsl nümunədir. O indilərdə 2 uşağı ilə xoşbəxt şəkildə həyatını davam etdirir və işini də sevərək görür. Təbii ki, onun gənc təşəbbüskarlara da xüsusi məsləhətləri var. Sizcə bu məsləhətlərə göz gəzdirməyə dəyər ? Fikrimizcə, ildə 25 milyon dollar qazanan bir xanımın məsləhətləri heç də qulaqardı edilə bilməz !

Beləliklə qarşınızda Linda Lightman-nın uğura gedən yolunda nümunə alacağınız məsləhətlər:

2006-ci ildə 20 işçisi və 465 kv2 böyüklüyündə bir mağazası olan Lightman-ın hazırda 140.000 məhsuldan ibarət böyük bir siyahısı var. Pensilvaniya, Filodelfiya-da yaşayan xanım, eBay-da olan online mağazasında hər gün 5.000 mal təqdim edir. Lightmanın “Daily Mail Online” vasitəsi ilə veridyi muüsahibə belədir:
“Bir çox insan evində 3.000 dollardan çox dəyəri olan və satışa hazır məhsulun olduğundan xəbərsizdir. Ancaq, öz evinizlə sərhədlənmək doğru addım deyil. Ətrafınıza baxaraq eBay vasitəsi ilə satışa çıxara biləcəyiniz bir çox mahsul və ya əşya görə bilərsiniz. Dəb mənim üçün hər zaman bir həvəs olub və heç bir zaman bunu bir iş kimi görməmişəm. Nəticədə sevdiyim işə bir qədər zaman ayırmaqla, ömürlük iş sahibi olmuşam. Həm də milyon dollarlıq qazanclıq.”
Digər tərəfdən Linda Lightman özü kimi internet vasitəsi ilə satış edərək pul qazanmaq istəyən şəxslərə də bəzi məsləhətlər verib.
Bunları aşağıdaki kimi sıralıyıb:

Araşdırmalar edin !

Satışa çıxarmaq istədiyiniz məhsulların bənzərlərini tapın və onların neçəyə satıldığını öyrənin.

Əvvəlcədən müsbət imic formalaşdırın !

Bu məsləhətə əvvəllər özüm əməl etməmişdim.

Həqiqi şəkillərdən istifadə edin və məhsulu detallı izah edin !

Məhsulun çoxlu şəkillərini çəkin və onu ən yaxşı təsvir edənlərini istifadə edin.

Məhsul haqqında geniş məlumat verməyi də unutmayın !

Misal üçün əgər bu geyimdirsə ölçülərini, parçasını, yeni və ya isitifadə olunmuş olmasını və s.

Cəlbedici başlıqlar hazırlayın !

Məhsulun xüsusiyyətlərinin ən əasaslarını başlıqda qeyd edin. Bu vasitə ilə alıcılar sizi növbəti dəfə daha rahat bir şəkildə tapa bilər.

Müştəriləriniz üçün “xidmət” göstərin !

Ödəmələr, çatdırılma və geriqaytarma kimi əməliyyatların problemsiz işləməsini təmin edin. Müştərinizə bu növ xidmətlər təqdim edirsinizsə, aidiyyatı sahələr üzrə maksimum məlumat sahibi olmalısınız.

Etibarlı və dəqiq olun

Satılmış məhsulların təyin olunmuş vaxtda yerinə çatdır dəqiq çatdırılmasını təmin edərək özünüzə olan etibarı müsbət şəkildə formalaşdıra bilərsiniz.

İşinizdən zövq alın.

Bəli, bunu hər kəs deyir. Amma Linda’s Stuff olaraq işləyənə qədər bunun nə demək olduğunu dərk etməmişdim. Bu məsləhət yeni başlayanları uğura aparacaq ən əsas xüsusiyyətdir. Bundan əmin olun !
Nəhayət, illik 25 milyon dollar qazanan Linda Lightmanın tövsiyyələrinə və uğur hekayəsini sizinlə bölüşdük. Bəs, siz uşaqlarının kompyuter oyunlarını satmaqla işə başlayan Linda haqqında nə düşünürsünüz ? Sizdən gələcəyin Lindası olar ?

Paylaş