Əsas səhifə Konfrans və sərgi İKT-nin inkişafında gənclərin iştirakının artırılmasına dəstək

İKT-nin inkişafında gənclərin iştirakının artırılmasına dəstək

74
PAYLAŞ

“Azəri Yurdu” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafında gənclərin iştirakının artırılmasına dəstək” layihəsini reallaşdırmağa başlayır.
Layihənin əsas məqsədi gənclərinin müasir texnologiyalardan istifadəsi sahəsində bilik, bacarıqlarının artırılması və maarifləndirməsidir. Layihə çərçivəsində 23-26 noyabr tarixlərində Fabrika Kovorkinq Mərkəzində (Coworking Center) peşəkar təlimçi və ekspertlər tərəfindən 4 mövzuda təlim keçiriləcəkdir:

Mövzular:
– Bloq və Bloqqerlik
– Elektron kommersiya (E-commerce)
– Startap ekosistemi (Startup Ecosystem),
– Sosial Media Marketinqi

Təlim proqramlarında iştirak etmək istəyən gənclər aşağıdakı ərizə formasını dolduraraq müraciət edə bilərlər. Seçim prosesi nəticəsində layihəyə toplam 50 nəfər gənc cəlb olunacaq və 4 günlük təlim proqramında iştirak etmək şansı qazanacaqdır. Təlim proqramlarının keçirilmə yeri və saatı haqqında seçilən iştirakçılara məlumat veriləcəkdir.
QEYDİYYAT LİNKİ: http://bit.ly/2yzwh72
Ünvan: Fabrika kovörkinq Center ( Nizami 92 )

Layihənin koordinatoru
Fərid Məhərrəmli
Mob: 050 231 25 50
E-mail: [email protected]

PAYLAŞ