IKEA’nın qurucusu Ingvar Kamprad’dan bilinməsi lazım olan 8 məsləhət

1
787

Mebel sənayəsinin ən böyüyü olan İKEA-nın qurucusu və 41 milyard dollarlıq sərvəti ilə  dünyanın ən zəngin insanları içərisində yer alan Ingvar Kamprad  bu yaxınlarda 92 yaşında  həyata gözlərini yumdu.

49 fərqli ölkədə 412 mağaza açan,  dünyanın ən böyük mebel şirkəti olan İKEA-nı quran Kamprad 1926-cı ildə təsərrüfatçı ailənin evində dünyaya göz açıb. 5 yaşında qonşularına kibrit çöpü sataraq ticarətə başlayıb , 1943 atasının hədiyyə olaraq verdiyi pulla İKEA markasını yaradır.

Yaxşı bəs Kamprad gənclərə nəyi məsləhət görürdü?

Bir fikrinizmi var? Güvəndiyiniz biri ilə bu barədə ətraflı düşünün, amma gerçəklərdən uzaqlaşmayın. Xəyallar gözəldir, amma həqiqət daha vacibdir.

Əksiklərinizi tamamlayın. Hər şeyi bildiyini düşünən insanlar təhlükəlidir. Mənim də bilmədiyim çox şey var idi, amma çalışaraq onları öyrəndim.

8 saat yatın. Əsl biznesmenin zamanı olduqca az olur. 

Təvəzökar olun. Ətrafınızda sizdən daha yaxşı və sizin bacarmadıqlarınızı edən milyonlarla insan olacaqdır. 

Lider olmaq motivasiya verməkdir və bunu ilk sizdən görmələri müsbət bir davranışdır. Tənqid edin, amma əvvəlcə yaxşı şeylərdən başlayın.

Hər kəsi dinləyin, amma qərarı siz verin. Çünki sonda məsuliyyət onların yox sizin olacaq. 

Səhvsiz insan yoxdur, mən bunu gec də olsa anladım. Uğursuzluqlara əhəmiyyət verməyin, öyrənməkdən ləzzət alın.

Hər şey yaxşı olduğu zaman  buna görə sevinin,  amma çox yox. Daima önünüzə baxın. 

Xəzər Aslanov. Banco.az

1 COMMENT