“Huawei” bu il 200 milyon smartfon satmaq istəyir

0
752

Çinin iri smartfon istehsalçıları xarici bazarlarda mövcudluğunu artırır.

İKT.lent.az-ın “DigiTimes” nəşrinə istinadən məlumatına görə, hər bir şirkətin məqsədi smartfon satışları həcmlərini artırmaqdır.

“Xiaomi” cari ilin nəticələrinə əsasən 120-150 milyon ədəd cihaz satmağı qarşısına hədəf götürüb. Ötən il isə şirkət 93 milyon ədəd cihaz satışını həyata keçirib.

“Huawei” şirkəti 200 milyon ədəd smartfon satmağı qarşısına hədəf qoyub. Şirkət 2017-ci ildə 153 milyon ədəd smartfon sata bilib.

“Xiaomi” Hindistan bazarındakı mövcudluğunu artırmaqda davam etdirəcək. Burada şirkət ötən rüb ilk pillədəki “Samsung”u yerindən artıq tərpədə bilib. Həmçinin “Xiaomi” ötən il Qərbi Avropa bazarına çıxıb.

“Huawei”ə gəldikdə isə, onun ABŞ-a yolu hələ görünmür. Bu səbəbdən şirkət əsas diqqətini artıq mövcud olduğu bazarlara yönəldib.