Əsas səhifə Biznes “Holcim Azərbaycan” mənfəətlə işləməyə başlayıb

“Holcim Azərbaycan” mənfəətlə işləməyə başlayıb

175
Paylaş

Azərbaycanın aparıcı sement istehsalçısı “Holcim Azərbaycan” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 321,285 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,2% azdır.

2017-ci ildə “Holcim Azərbaycan”ın cəmi öhdəlikləri 1,9% artaraq 41,985 mln. manata, cəmi kapitalı isə 1,45% artaraq 122,928 mln. manata çatıb.

Ötən il şirkətin mal satışından gəlirləri 106,998 mln. manat (əvvəlki ilə nisbətən 37,3% çox), satışının maya dəyəri 60,211 mln. manat (27% çox), çatdırılma xərcləri 12,595 mln. manat (19,7%), ümumi və inzibati xərcləri 12,555 mln. manat (16,35% çox), əmlak, qurğu və avadanlıqların silinməsi üzrə zərəri 147 min manat (əvvəlki il gəlir olub), satış xərcləri 5,613 mln. manat (1,7% az), maliyyə gəlirləri 46 min manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 11,395 mln. manat (cüzi az), məzənnə fərqindən zərəri 1,502 mln. manat (94,1% az), mənfəət vergisi xərcləri 1,257 mln. manat (əvvəlki ilə bu xərclərə qənaət edib) təşkil edib.

Son nəticədə “Holcim Azərbaycan” 2017-ci ili 1,759 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 27,008 mln. manat, 2015-ci ildən isə 99,139 mln. manat xalis zərərlə çıxmışdı.

Xatırladaq ki, “Holcim Azərbaycan” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Paylaş