Əsas səhifə Konfrans və sərgi Henrik Hololey: “Azərbaycan Aİ-nin Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilə bilər”

Henrik Hololey: “Azərbaycan Aİ-nin Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilə bilər”

123
Paylaş

“Caspian European Club” bu gün Bakıda birinci “CEO Breakfast Baku” keçirib.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev bildirib.

Məlumata görə, fəxri qonaq qismində “CEO Breakfast Baku”da Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbəri Henrik Hololey iştirak edib.

O deyib ki, Azərbaycan Avropa ailəsinin üzvüdür: “Buna görə də Avropa İttifaqı ilə daha dərin əlaqələrin təmin edilməsi bizim üçün çox vacibdir. Yalnız bu halda bütün müəssisələrin tam potensialını aça və vətəndaşlarımızı daha da yaxınlaşdıra bilərik. Biz bunu Azərbaycanın Avropa İttifaqının Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilməsinə imkan yaradacaq əsaslı aviasiya razılaşması və sıx dəniz əməkdaşlığı vasitəsilə həyata keçirməkdə qətiyyətliyik”.

“Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli fəxri qonağa bu gündən etibarən “CEO Breakfast Baku”nun hər ay keçiriləcəyini bildirib.

“CEO Breakfast” formatlı tədbirlərdə “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri ilə təkcə Azərbaycanı deyil, həm də başqa ölkələrin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunacaq”, – deyə o, çıxışına davam edib.

M.Abbasbəyli əlavə edib ki, bu tədbirlər sahibkarların üzləşdikləri problemlərin, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi məsələlərinin və iqtisadiyyatın müxtəlif sahələrində qeyri-rəsmi şəraitdə əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərin müzakirəsinə xidmət edir.

“Caspian European Club”un sədrinin birinci müavini T.Əliyev “Caspian European Club”un Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb.

Paylaş