Əsas səhifə Müsahibə Azərbaycanda Hediyye.al adlı startup fəaliyyətə başladı

Azərbaycanda Hediyye.al adlı startup fəaliyyətə başladı

1099
Paylaş

ASAN könüllülərinin Biznes inkubatoru “BAŞLA” qısa bir zamanda öz nəticəsini verdi. Belə ki, ”BAŞLA”da inkubasiya olunan layihələrdən olan Hediyye.al fəaliyyətinə başladı.

Layihənin ideya müəllifi olan Emil Məhərrəmovun müsahibəsini təqdim edirik:

— Emil bəy sizi gənc startapçı kimi tanımağa başlamışıq, özünün haqqınızda biraz danışın. Necə oldu bu işə başladınız?

-Mən Məhərrəmov Emil.20 yaşım var.Hal-hazırda Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsiyəm.İxtisasım Amerikaşünasdır.
Uşaqlıqdan öz biznesimi qurmağa həvəsim olub. Tez-tez maraqlanırdım, uğurlu stratuplar, startupçılar haqqında oxuyurdum. “ASAN xidmət” mərkəzində könüllü olarkən “BAŞLA” layihəsilə tanış oldum və bu layihənin dəstəyi ilə öz startupımı qurmaq qərarına gəldim. Beləliklə hediyye.al ərsəyə gəldi

-Hediyye.al nedir? Bu layihənin digər layihələrdən üstünlüyünü nədə görürsünüz?

Hediyye.al Azərbaycanda elektron ticarət sahəsində və ya başqa sözlə desək sosial ticarət sahəsində daha asan,daha qısa müddətdə və daha keyfiyyətli hədiyyə satışını həyata keçirmək məqsədiylə təsis edilmiş elektron platformadır.Onlayn satış sisteminə əsasləndığı üçün  satışlar plastik kartlar vasitəsiylə həyata keçiriləcəkdir.Bu o demək deyil ki, satışlar yalnız plastik kartlar vasitəsiylə həyata keçiriləcəkdir.Nəzərə alsaq ki, Azərbaycanda plastik kartla alış-veriş tam formalaşmayıb və bu nöqteyi nəzərdən biz nağd şəkildə satışıda öz satış formalarımıza əlavə etdik.

-Xarici ölkələrdən sifariş vermək mümkündürmü?

-Pilot layihə olaraq hələki paytaxtda satışa start vermişik lakin fəaliyyət planımızda bütün Azərbaycanı əhatə etmək var. Daha sonra isə beynəlxalq miqyasda satışlar etməyi planlaşdırırq.Ölkəmizdə tam formalaşmasa da dünyada onlayn satış çox geniş vüsət alıb düşünürəm ki, niyə də bu vasitəylə dünya bazarına çıxmayaq? Bununla məhsullarımızı da dünya bazarına çıxara bilərik.

-Portalda qiymətlər necədir? Müştəriləri qane edirmi?

-Mən özüm gəncəm,tələbəyəm, bu gün portalın istifadəçilərinin əksər hissəsi də gənclər və tələbələrdi. Yaxşı başa düşürəm maliyyə cəhətdən bu kateqoriya insanlar hansı qiymətlərə üstünlük verirlər. Bunları nəzərə alaraq portalda bir qiymət aralığı müəyyənləşdirmişəm. Yəni qiymətlər hər kəsin cibinə uyğundur. Həm hediyye.al olaraq istifadəçilərin ahatlığını düşünmüşük. Belə ki istifadəçilər ödənişləri həm nağd, həm də elektron formada qəbul edə bilərlər.

-Azərbaycan bazarında bu tipli layihələrlə çıxış etməkdə çətinliklər nələrdir?

-Biraz əvvəl qeyd etdiyim kimi Azərbaycanda onlayn alış-veriş tam formalaşmayıb.Mən düşünürəm ki, bunun əsas səbəbi müştərinin qorxusu və inamsızlığıdır.Məhz bu iki səbəb onlayn aliş-verişin qarşısında çox ciddi məhdudiyyətlər qoyur.Biz isə bu iki səbəbin qarşısını etibarlı bir brend olaraq alacağımızı ümid edir və inanırıq.

-ASAN xidmət sizə necə dəstək verdi?

-Qeyd etdiyim kimi bu məhsul “BAŞLA” layihəsində inkubasiya olunub. “ASAN xidmət”də könüllü olduğum müddətdə bu layihəylə bağlı eşitdim layihəyə qatıldım. Layihəmi təqdim etdim. Uğurlu qiymətləndirildi və layihənin icrası üçün maliyyə yardımı olundu. Artıq layihə ərsəyə gələndən sonra da istər “ASAN Könüllüləri” istərsə də əməkdaşlar layihənin tanıdılması üçün istənilən köməkliyi göstərdilər. Onu deyə bilərəm ki, layihənin ərsəyə gəlməsində “ASAN xidmət”in dəstəyi əvəzsizdir.

-Gənc stratapçılara, sahibkarlara nə tövsiyyə edirsiniz?

-İlk olaraq ideyası olan gənclərə səslənmək istəyirəm ki ideyalarını gerçəkləşdirməkdən heç vaxt çəkinməsinlər. Ən böyük zirvələr də 1 addımla fəth edilir. Startupçılar isə əzmkar olmalıdır. Uğursuzluqlar ola bilər lakin bu onları yollarından döndərməməlidir. Öz güclərinə inansınlar. Bir gün ən güclü olacaqlarını düşünərək fəaliyyətlərini davam etdirsinlər.

 

Paylaş