Əsas səhifə Biznes Hansı rayonda torpaq neçəyədir?

Hansı rayonda torpaq neçəyədir?

1014

Paytaxt ərazisində 2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə bazara satış üçün təklif olunan elanların sayı 437-ə qalxıb. Müqayisədə 2014-cü ilin mart ayında bazara  çıxarılan torpaq sahələrin elanlarının sayı 815 elan olub. Beləliklə, 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur.

Bizplus.az “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə istinadən xəbər verir ki, 2017-ci ilin fevral ayında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:

Diaqramda göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşirlər. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədi (12,6%) rayonlarıdır. Qeyd etdiyimiz rayonlarda üstünlüyü əsasən fərdi yaşayış və bağ evləri təşkil edir.

Səbail – Xətai, Nizami – Qaradağ  rayonları üzrə təklifin göstəricisi müvafiq olaraq 3,8% və 1,8% təşkil edib. Ən az paya sahib olan rayonlar Nərimanov (1,0%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonları qeydə alınmışdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələri əsasən çoxmərtəbəli binalar ilə inşa olunub və boş torpaq sahələri çox az saydadır.

Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.

Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü:

Təklif portfelinin əsas payını “kiçik sahəli torpaqlar 0-10 sot” tutur – 70,8%. Növbəti paya malik olan “orta sahəli torpaqlar 10-100 sot”  28,8% təşkil edir. Ən az paya sahib olan “böyük sahəli torpaqlar 101-700 sot” torpaq sahələridir 0,4%.

Beləliklə, Bakı şəhəri rayonları üzrə satışa çıxarılan torpaq sahələri, əsasən, kiçik sahəli torpaqlardır.

Həmçinin qeyd etmək lazımdır ki, təklif olunandan torpaq sahələri “kupçalı” və “kupçasız” sənədlə bazara çıxarılıb, beləliklə “kupçalı” torpaqların payı 73% təşkil edib, “kupçasız” isə 27%.

2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətləri təqdim edirik:

Rayon Qəsəbə 1 sotun qiyməti (AZN)
Sabunçu Bilgəh qəs. 3 904
Bilgəh qəs. dəniz kənarı 16 717
Zabrat 6 338
Ramana 3 783
Bakıxanov 33 519
Nardaran 8500
Nardaran dəniz kənarı 15000-20000
Savalan qəs. 9 000
Kürdəxanı qəs. 2 000
Suraxanı Hövsan 5 177
Bülbülə qəs 17 500
Yeni Suraxanı qəs. 3 867
Əmircan qəs. 10 571
Yeni günəşli 11 000
Dədə Qorqud 2 000
Bahar qəs. 4500
Qaracuxur qes 16 997
Səbail Badamdar 3 massiv 22 030
Xətai Əhmədli 27 143
H.Aslanon qəs. 34 797
Xəzər Dübəndi 2 800
Qala 3 175
Binə qəs. 3 139
Binə qəs. (Mərdəkan şossesi uzerinde) 9 875
Qala 3 175
Mərdəkan 6 622
Buzovna 6 983
Şüvəlan 4 333
Türkən 2 100
Zirə 1 767
Şağan 11 500
Yasamal Yeni Yasamal qəs. 18 571
Pirallahı Gürgan qəsəbəsi 5 000
Binəqədi 6-cı mikrorayon 37 500
8-ci mikrorayon 111 250
9-cu mikrorayon 16 125
Biləcəri qəs. 11 943
Binəqədi qəs. 7 104
Rəsulzadə qəs. 8 595
Sulutəpə qəs. 6 802
Paylaş