Haker virusları “icarəyə” verməklə milyonçu oldu

0
666

“Dr. Web” şirkətinin mütəxəssisləri ümumdünya internet şəbəkəsində “Faker” ləqəbli hakeri ifşa ediblər.

O, virusları “icarəyə” verməklə auksion ruletlərində qələbəni təmin edən proqram satırmış.

Bundan başqa, “Faker” virusların köməyi ilə “Steam” akkuntlarını oğurlayırmış. Virusların yayılması guya şəbəkə oyunları üçün olan saxta səsli məlumat vasitəsilə reallaşırmış. Bununla da o, istifadəçilərin inamını qazanırmış.

Bütün bunları “Faker” ona ödənişli abunə olan şəxslərə satırmış. Müştərilərdən puldan başqa heç nə tələb olunmurmuş. Amma hakerin təqdim etdiyi proqram təminatı vasitəsilə onlar külli miqdarda pul qazanırmışlar.

Analitiklər aydınlaşdırıb ki, “Faker” bu üsulla milyonçuya çevrilib.

©lent.az