Əsas səhifə İş adamları Həyat yoldaşı ilə biznesə başladı, indi son model zavodu var

Həyat yoldaşı ilə biznesə başladı, indi son model zavodu var

1872
PAYLAŞ

Zaqatala rayonunun Qazangöl qəsəbəsində 2015-ci ildən fəaliyyət göstərən “Fruits company” MMC fındıqçılıq sahədə yaxşı uğurlar qazanıb.

“Marja” xəbər verir ki, müəssisənin direktoru Vüqar Haqverdiyev Zaqatalada doğulub. Ali təhsilini başa vurandan  sonra həyatını fındıqçılığa bağlayıb. İlk vaxtlar həyətində kiçik sex yaradıb. Həyat yoldaşı ilə birlikdə 8-10 nəfər qadını da işə cəlb edib fındığın qurudulub satışa hazırlanmasını həyata keçiriblər. Maliyyə imkanları artdıqca fəaliyyətini genişləndirib. Hazırda son model texnologiyalarla təchiz olunmuş zavoda rəhbərlik edir. Müəssisə “Lazer-sirteks” seçici aparatlarla da təmin olunub.

Burada il ərzində fermerlərdən məhsul qəbul edilir, qurudulub emal prosesindən keçdikdən sonra təxminən 99 faizi xaricə ixrac olunur. Almaniya, İtaliya, Polşa və Rusiya məhsulun ixrac olunduğu əsas ölkələrdir. Keçən il 1500 ton fındıq ixrac olunub. Cari ildə ixracın 3000 tona çatdırılması hədəf götürülüb.

Fındığın qəbulu ilə kişilər məşğul olur. Çeşidləmə sexində 40 nəfərə qədər qadın çalışır, zəhmət haqlarından əlavə çay və günorta yeməyi ilə təmin olunurlar.

Sahibkar deyir ki, fındıq itkiyə az gedən məhsullardandır. Qabığından da  istifadə olunur. Emalı zamanı qabığından enerji mənbəyi kimi istifadə edilir. Ətraf ərazilərdə yaşayanlar da  qışda istilik məqsədilə istifadə üçün kisələrlə fındıq qabığını pul verib alırlar.

V.Haqverdiyevin özünün də 10 il əvvəl əkilmiş fındıq bağı var. Artıq ağaclar məhsula düşüb. İki ərazidə əkilən bağlar ümumilikdə 8 hektardır. Həmin bağlardan ildə 7-8 ton fındıq yığılır.

Hazırda Azərbaycanda fındıq bağlarının sahəsi təqribən 30 min hektardır.  Əlavə 40 min hektarda fındıq bağlarının salınması qarşıya məqsəd qoyulub.