Əsas səhifə Birja Hər kəsin hazırda haqqında danışdığı Monero nədir?

Hər kəsin hazırda haqqında danışdığı Monero nədir?

224
PAYLAŞ

Bu yaxınlarda internetdə nəhəng torrent-treker The Pirate Bay-in öz saytında Monero kriptovalyutasını öz istifadəçilərinin kompüterlərinə yazmağa imkan verən xüsusi skriptdən istifadə etməsi barədə məlumat yayıldı. İlkin qiymətləndirmələrə görə, qiymətin daimi enməsini və onu əldə etmək prosesinin hər ay daha da çətinləşməsi nəzərə alınmazsa resursun gəliri ayda təqribən 47 000 dollar təşkil edə bilər.

Monero nədir?

Monero valyutasının rəsmi saytına inansaq, bu, “izləmək mümkün olmayan təhlükəsiz, gizli valyutadır”. Monero Bitcoin valyutasından fərqli kriptoqrafik alətlərdən istifadə edir və buna görə də, onu əminliklə həqiqətən gizli adlandırmaq olar. Bitcoin-pulqabının ünvanı ictimai əlçatandırsa və istənilən istifadəçi balansınıza və tranzaksiya tarixçənizə baxa bildiyi halda, Monero default olaraq bu məlumatı gizlədir və tranzaksiya məlumatlarını ətrafdakılara göstərmir.

Monero 2014-cü ildə CryptoNote protokolunun yaratmış olduğu ilk rəqəmsal valyuta Bytecoinin forku olaraq peyda oldu. Yeni kriptovalyutanın əsas məqsədi qarşılıqlı mübadilə idi. Sadə dillə desək, bir valyuta vahidinin digəri ilə mübadiləsi.

Gizlilik necə təmin edilir?

Monero tranzaksiya məlumatlarını gizlətmək üçün halqa imzalardan – elektron imzalardan istifadə edir. Sözügedən bu imzalar halqanın (şəbəkənin) bir iştirakçısına əməliyyatı bütün şəbəkənin adından təsdiq etmək, bununla belə anonim qalmaq (digər iştirakçılar imzalamanı kimin tamamladığını öyrənə bilməyəcək) imkanı verir. Bunun sayəsində şəbəkədə olan bütün qəpiklər qarışdırılmış olur və Monero protokolu səviyyəsində qarşılıqlımübadiləedilmə xüsusiyyətinə malik olur. Monero rəqəmsal valyutasını digər kriptovalyutalardan fərqləndirən xüsusiyyət məhz elə budur. Belə ki, digərləri tranzaksiyanın şəffaflığına elə şəbəkənin özndə güman edirlər.

Bununla belə, Moneroda “stels-ünvanlar” – nə tranzaksiya tarixçəsini, nə də pulqabının balansını əks etdirməyən ictimai ünvanlar yaradılıb. Stels-ünvanlar eyni anda iki özəl açardan istifadə edir: baxış və xərcləmək üçün. Tranzaksiyanın konkret Monero ünvanı üzrə dəqiq çıxışını öyrənmək üçün istifadəçinin baxış üçün açara girişi olmalıdır. Bu stels-ünvanların özəlliyidir.

Valyutanın özəllikləri nəyə gətirib çıxardı?

Monero tranzaksiyalarının gizliliyi cinayətkarların xeyrinə işləyir. Hələ bu ilin əvvəlində ABŞ Federal Tədqiqat Bürosu qeyd etmişdi ki, Monero Bitcoin və Litecoin ilə yanaşı cinayətkarların sevimliləri sırasındadır. Moneronun şamil edildiyi cinayətlərin əksər hissəsi qanunsuz silah dövriyyəsi, narkotik maddələr və qara bazarlarda qadağan olunmuş digər vasitələr ilə bağlıdır.

Monero son il ərzində qanunsuz mənfəət əldə edilməsi üçün istifadə olunan ən populyar kriptovalyutalardan biri oldu. Bu ilin mart ayında şəbəkədə belə bir məlumat yayıldı: Avast şirkətinin əməkdaşı kompüterdə məlumatları şifrələyən və onları açmaq üçün Monero valyutası tələb edən zərərli proqram aşkar etmişdi. Bu cinayətkarların Bitcoin tələb etmədiyi ilk belə hal idi. Bir neçə aydan sonra Windows-kompüterləri yoluxduran və qarşılığında kriptovalyuta tələb edən daha bir virus aşkar edildi. Təxminən eyni dövrdə Neutrino araşdırma şirkəti məlumat verdi ki, WannaCry virusunun yayılması sayəsində əldə edilən bütün Bitcoinlər daha sonradan izlərin itirilməsi üçün ShapeShift platformasının köməkliyi ilə Monero valyutası ilə mübadilə edilmişdi.

Populyarlıq ilə yanaşı kriptovalyutanın qiyməti də artır. Coinmarketcap məlumatlarına görə, ilin əvvəlindən bu günə qədər 1 Monero qəpiyinin dəyəri sentyabr ayında 9 dollardan 144 dollara qalxıb. Hazırda bu valyutanın orta nisbi məzənnəsi 93 dollar təşkil edir və analitiklərin fikrincə artmağa davam edəcək. Monero valyutasının kapitalizasiyası isə 2 milyard dollar təşkil edir ki, bu da onu ən “bahalı” kriptovalyutalar sırasında doqquzuncu edir.

Bitcoini necə almaq olar?


©banker