Əsas səhifə Maraqlı Həftədə 39 saatdan çox işləmək sağlamlığa zərərdir

Həftədə 39 saatdan çox işləmək sağlamlığa zərərdir

518
PAYLAŞ

Yeni bir araşdırmaya görə həftədə 39 saatdan çox işləmək insan sağlamlığına zərərdir.

Avstraliya Universitetinin professorları beynəlxalq platformalarda qəbul edilən həftəlik 48 saatlıq iş saatının aşağı salınması üçün müraciət ediblər. Universitet professorları 8 min qədər işçinin iş həyatını araşdıraraq bu nəticəyə gəliblər.

Avstraliyadakı işçilərin üçdə ikisinin həftədə 40 saatdan çox işlədiyini vurğulayan araşdırmaçılar bu müddətin insanların fiziki və ağıl sağlamlığına zərər verə biləcəyini bildirirlər. Daimi yemək vərdişinin və sərbəst zamanın azalmasına görə sağlamlıqlarının pozula biləcəyini söyləyən araşdırmanın başçısı Dr. Huong Dinh hazırlanan araşdırmada ümumi həftəlik iş limitinin 39 saat olması lazım olduğunu vurğulayıb.

PAYLAŞ