Əsas səhifə Müsahibə Hədəfimiz “Getbax”ı bir brend kimi dünyada tanıtmaqdır

Hədəfimiz “Getbax”ı bir brend kimi dünyada tanıtmaqdır

5160

Elgün Hüseynzadə 1993-cü ildə Bakı şəhərində dünyaya gəlib. 2012 ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rejissor sənəti ixtisasına daxil olmuşdur. Universitetdə oxuduğu müddətdə 100-dən çox müxtəlif təlim və layihələrdə iştirak etmişdir. 1 saylı ASAN Kommunal mərkəzinin açılışında Cənab Prezident İlham Əliyevə Asan könüllüləri adından təqdim olunan video təqdimatın müəllifi olmuşdur. 2017-ci ilin sonundan etibarən fəaliyyətə başlayan GetBax.com saytının Azərbaycan üzrə rəhbəridir.


Elgün bəy biz sizi artıq gənc sahibkar kimi tanıyırıq, bilməyənlər üçün GetBax.com haqqında biraz məlumat verərdiniz.

Getbax.com saytı beynəlxalq layihə olaraq yaradılmış və ilk olaraq Azərbaycanda fəaliyyətə başlamaqla Azərbaycanda elektron ticarət sahəsində fəaliyyət göstərən ən asan, ən real Endirim təqdim edən elektron platformadır.
Getbax.com sizə Azərbaycanda 10-dan çox kateqoriya 100-dən çox şirkətdə normalda əldə edə bilməyəcəyiniz GetBax.com’a özəl endirim təqdim edir. Bunun üçün sizdən hansısa kompaniyaya qoşulmağı, hansısa kupon almağı tələb etmir. Elə bizim digərlərindən də fərqimiz bundadır. Getbax endirimlərindən bütün mobil operatorların istifadəçiləri istifadə edə bilər. Biz müştərilərimizdən heç bir ödəniş tələb etmirik, hətta sms belə ödənişsizdir.

GetBax Endirimlərindən necə istifadə etmək olar?

Qeyd etdiyim kimi biz saytımızın istər dizayn olaraq istərsə də funksionallıq olaraq çox asan və rahat bir platforma yaratmışıq.
Belə ki, siz saytımıza daxil olaraq istədiyiniz kateqoriyanı seçirsiniz və bu zaman sizin qarşınıza məkanlar çıxır, ürəyiniz istədiyi yəni getməyi düşündüyünüz məkana daxil olursunuz və nömrə göstərilən yerə nömrənizi daxil edirsiniz “Endirim al” düyməsini basmaqla 1dq ərzində “GetBax Endirim Şifrəsi” mobil telefonunuza gəlir və həmin məkana gedərək şifrəni göstərməklə endirimdən yararlanırsınız. Bu qədər Asan…
Qeyd edim ki, şifrə 48saat qüvvədədir və əgər istifadə olunmazsa qüvvədən düşür.

Hədəfləriniz nələrdən ibarətdir?

Layihəmiz hal-hazırda yalnız Bakı və Bakı ətrafı rayonlarda fəaliyyət göstərir. Hədəf isə Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərmək, daha sonra digər ölkələrdə fəaliyyəti təşkil etmək, Getbax”ı bir brend kimi dünyada tanıtmaqdır. Bu sahədə çox ciddi işlər görülməkdədir. Ümidvaram ki, növbəti ildə bu proseslər reallaşacaqdır.

GetBax.com iqtisadiyyatımıza necə öz töhfəsini verə bilər?

Startapımızın əsas məqsədlərindən getbax.com saytı vasitəsilə yerli iqtisadiyyata öz töhfəmizi vermək, həmçinin startapımız vasitəsilə özəl sektorun inkişafına dəstək göstərməkdir.

Növbəti aylar GetBax.com-da hansı yeniliklər gözlənilir?

Növbəti aylarda Kateqoriyalarımızı genişləndirməyi və əməkdaşlıq etdiyimiz şirkətlərin sayını çoxaltmağı nəzərdə tutmuşuq. Artıq saytımızın Android mobil əlavəsi istifadəyə verilmişdir. Tezliklə İOS mobil əlavəsi də istifadəyə veriləcək. İnanıram ki, yaxın gələcəkdə ölkədə hansı məkana getsən “GetBax” endirimindən isfifadə etmək mümkün olacaq. Heç bir ödəniş etmədən bir sms –lə 50% dək Endirim əldə etməyi kim istəməzki? Odur ki, bizi izləməyi unutmayın!

İnstagram : getbax_com
Facebook : getbax.com

Getmək sizdən, Endirim bizdən !

Paylaş