Əsas səhifə Biznes “Gürcüstanın biznes tərəfdaşları sırasında Azərbaycanın xüsusi yeri var”

“Gürcüstanın biznes tərəfdaşları sırasında Azərbaycanın xüsusi yeri var”

299
Paylaş

“Hazırda Gürcüstan iqtisadiyyatına sərmayə qoyan, bu ölkədə çalışan biznesmenlər arasında azərbaycanlıların xüsusi çəkisi var”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze bildirib.

O deyib ki, Gürcüstan hökuməti bütün ölkələrin iş adamları üçün normal şərait yaradıb, Avropa İttifaqı, MDB və Asiya ölkələri ilə sıx ticarət və biznes əlaqələri qurulub: “Bu ölkələr sırasında Azərbaycanın xüsusi yeri var. Bu gün Gürcüstan vətəndaşı olan azərbaycanlıların çoxunun biznesi var. Onların bir çoxu artıq sərbəst şəkildə istədikləri ölkələr ilə, qanun çərçivəsində ticarət əlaqələri qurublar”.

İ.Lelvinadzenin sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşları da Gürcüstanda sərbəst şəkildə biznes strukturları yaradıblar: “Bu günlərdə Azərbaycandan gəlmiş iş adamları ilə görüşüm oldu. Onlar Gürcüstandakı biznes mühiti, xüsusən kənd təsərrüfatı sahələrinin inkişaf perspektivləri ilə maraqlanırlar. Biz lazım olan bilgiləri verdik və ümid edirik ki, yaxın vaxtlarda onlar ölkəmizdə fəaliyyətə başlayacaqlar”.

Ombudsman yerli və xarici iş adamlarının bəzən müəyyən problemlərlə üzləşdiklərini söyləyib: “Bəzi istər yerli, istərsə də xarici iş adamları, sənədlərin hazırlanmasında, biznes layihələrin təqdimatında və s. məsələlərdə müəyyən çətinliklərlə üzləşirlər. Biznes ombudsman onların müraciətlərinə dərhal reaksiya verir və həmin məsələlər tez bir zamanda öz həllini tapır”.

Paylaş