Əsas səhifə Biznes Gözəlçələrin ətrafında pərvanə olduğu sirli milyarder

Gözəlçələrin ətrafında pərvanə olduğu sirli milyarder

492
PAYLAŞ

O, Rusiyanın daşınmaz əmlak krallarından hesab edilir. Sərvətinin həcmi, keçmişi özündən başqa heç kəsə bəlli deyil. Əvəzində dünyanın ən gözəl qadınları ilə sevgi macəraları qəzet və jurnalların manşetlərini bəzəyir. Söhbət Vladislav Doronindən gedir.

Keçmişi bəlli olmayan biznesmen

Vladislav Doronin 1962-ci ilin noyabr ayının 7-də Leninqradda (Sankt-Peterburq) anadan olub. Onun uşaqlığı, valideynləri haqqında indiyə qədər heç yerdə bir cümlə belə əksini tapmayıb. Bu da rus milyarderin keçmişi haqqında məlumatları gizlətməsinə dair şayiələrə gətirib çıxarıb. Doroninin tərcümeyi-halı ali təhsil almaq üçün Moskvaya gəlişindən və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olunmasından başlayır. Burada o, bir neçə il oxuduqdan sonra İsveçrəyə köçüb və biznes idarəetməsi üzrə magistr dərəcəsi alıb.

İşgüzar fəaliyyəti

Vladislav işgüzar fəaliyyətinə daşınmaz əmlak alqı-satqısı sahəsindən başlayıb. Bu sahədə bizneslə məşğul olduğu zaman müəyyən kapital toplamağı bacarıb (hansı ki, sonradan həmin kapitalla kommersiya uğurlarına imza atır). 1989-cu ildə ticarət sahəsində fəaliyyət göstərən “Mark Rich & Co” beynəlxalq şirkətində işə düzəlib. Bu ərəfədə o, Eduard Berman və özbək əsilli iş adamı Pavel Te ilə tanış olub. Onların tanışlığı işgüzar ortaqlıqla sonuclanıb. Belə ki, 1991-ci ildə Doronin “Capital Group”u yaradıb. 1993-cü ildə isə Eduard Berman və Pavel Te şirkətin səhmdarları sırasına qatılıblar.

“Capital Group”

Şirkət ilk illərdə əsasən ofis binalarının tikintisi ilə məşğul olub. A və B+ sinfinə aid biznes mərkəzlərinin tikintisini apararaq bazarda yerini tuta bilib. Xüsusilə ilk layihəsi olan “Moskva” və “Sankt-Peterburq” qüllələrinin inşası ilə sektora imzasını atır. 1997-ci ildən isə Rusiyada elit yaşayış binalarının, villaların tikintisini həyata keçirir. 2002-ci ildə profilini genişləndirərək alış-veriş mərkəzlərinin layihələndirilməsini sifariş alır. Doroninin bu sahədə ilk layihəsi “Metromarket” ticarət mərkəzidir.

Şirkət bu gün

“Capital Group” Kiprdə qeydiyyatdan keçən “Capital İnvestments Limited” (C.I.T.) şirkəti tərəfindən idarə edilir. “Capital İnvestments Limited”in (C.I.T.) fakitiki sahibləri Vladislav Doronin, Pavel Te və Eduard Bermandır. Hər birinin şirkətdə payı müvafiq olaraq 33 faizdir. Ortaqlar ümumi kvadratmetri 7 milyon olan obyektin layihəsini reallaşdırıblar. “Capital Group”un əsas fəaliyyət iqtiqaməti “deluxe”, “Premium” və “business” sinfinə aid yaşayış binalarının, ofislərin, alış-veriş mərkəzlərinin və hotellərin tikintisidir. Rusiyada “Capital Towe”, ”Puşkin evi”, “Barvikha Hills”, çoxfunksiyalı kompleks “Rəng Əfsanəsi”, “Capital City”, “Avenyu77”, “EKO” kimi məşhur layihələr “Capital Group” tərəfindən reallaşdırılıb.

Maraqlı ola bilər: Borc alıb milyarder olan iş adamı

Onu da bildirək ki, şirkət dünyanın məşhur memarlıq və dizayn təşkilatları sayılan “Skidmore”, “Owings and Merrill”, “Arup”, NBBJ ilə əməkdaşlıq edir. “Capital Group” un tərəfdaşları arasında məşhur memar Zaxi Hadid də var.

O ki qaldı şirkətin dövriyyəsinə, 2006-cı ildə bu rəqəm 12,9 milyard rubl, 2007-ci ildə 21 milyard rubl, 2008-ci ildə 17,6 milyard rubl, 2009-cu ildə 21 milyard rubl olub. 2007-ci ildə şirkətin tərkibində kommersiya aktivlərinin idarə olunması məqsədilə “Capital Group Commercial” təsis edilib.

Moskvanın daşınmaz əmlak kralları

“Forbes”in 2015-c il üzrə qiymətləndirməsinə görə, Vladislav Doronin və ortaqları Moskvanın daşınmaz əmlak krallarının siyahısında 24-cü sırada yer alıblar. Onların daşınmaz əmlakın kirayəsindən əldə etdikləri gəlirin ümumi həcmi 110 milyon dollardır. Daşınmaz əmlakın siyahısına gəlincə, bura “Capital City”, “Moskva Siti” (ofis sahəsi 81 000 kv.m, alış-veriş sahəsi 10000 kv.m), biznes-mərkəz “Aviator” (21 000 kv.m), “Aventura” (20 000 kv.m) daxildir.

Sərvəti

Qəhrəmanımız keçmişi kimi, sərvətinin həcmini də gizli saxlayır. Onu gah rubl, gah da dollar milyarderi adlandırırlar. Müxtəlif qiymətləndirmə şirkətləri Doroninin pulunun sayını fərqli göstərirlər. Ümumi rəqəm 2-6,7 milyard dollar arasında dəyişir.

Yeri gəlmişkən, milyarderin adı Rusiyanın ən varlı 200 iş adamının siyahısında yer almır.

Şəxsi həyatı

V.Doroninin tərcümeyi-halının ən maraqlı tərəfi şəxsi həyatıdır. Ziddiyyətli xarakterə malik qadınları bəyənən rus iş adamı kimlərlə sevgili olmayıb?!. Başlayaq ilk sevgisindən. 16 yaşında Yekaterina adlı qıza aşiq olan Vladislav 20 yaşında onunla evlənib. Bu evlilik 21 il sürüb. Onların bu nikahdan Katya adlı bir qızları var. Hansı ki, Doroninin varisi hesab edilir.

Xəyanətkar ər…

Doronin evli ola-ola, 2000-ci ildə isveçli supermodel Karen Şonbaxlerlə görüşüb. Onların sevgi macəraları 5 il sürüb. Bundan sonra o, amerikalı model Naomi Kempbellə sevgili olub. İlk dəfə onlar cəmiyyət qarşısına birlikdə Kann kinofestifalında çıxıblar. Karenlə münasibətlərindən fərqli olaraq Doronin Naomiyə görə 2009-cu ildə həyat yoldaşından rəsmi şəkildə boşanıb. Bunun ona az qala, sərvətinin yarısı bahasına başa gəlməsi təhlükəsi yaransa da, uzun çəkən danışıqlardan sonra Yekaterinanı 10 milyon dollar təzminat qarşılığında boşanmağa razı salıb.

Naomili günlər

Bütün dünya mətbuatının manşeti olan bu sevgi macərası 5 il (2008-2013) davam edir. Hər kəs onların təmtəraqla evlənəcəyini düşünsə də, cütlük səssizcə ayrılmağı seçir. Nəticədə, bu münasibətdən qaradərili gözəlçəyə Zaxi Hadidin layihələndirdiyi, 2,5 min kv.m əraziyə malik malikanə qalır.

Maraqlı ola bilər: Bir gecədə milyarder olan İranlı

Bu arada qeyd edək ki, sevgililərin ayrılmalarına səbəb kimi Naominin pis xarakteri göstərilir. Xüsusilə, Vladislavın yaxınları iddia edir ki, Naomi çox tamahkar imiş. Milyonçudan istifadə edirmiş…

Doroninə gəlincə, Kempbellə ayrılığın yasını uzun müddət saxlamır. Bundan sonra o, bir müddət “Miss-Chine-2011”-in qalibi Luo Zilinə salır mehrini.

Hazırda isə iş adamının adı rusiyalı model Kristina Romanova ilə çəkilir. Bu dəfə “pullu subay”ın subaylığın daşını atacağı gözlənilir…

Hobbisi

Vladislav incəsənət əsərlərinə böyük pullar xərcləyir. O, bu hobbinin əvvəlcə bir ehtiras kimi başladığını deyir: “Amma bu gun görürəm ki, onlar mənim üçün yaxşı investisiyadır. İndiyə qədər aldığım rəsm əsərlərinə böyük pullar təklif etsələr də, satmamışam”.

O ki qaldı pulun biznesmenin həyatında oynadığı rola, o, belə deyir: “Gənc olanda düşünürdüm ki, 100 000 dollarım olsa, dərdim olmaz. Sonra milyon qazandım. Davamı gəldi. Mənə görə pul biznes yaratmaq üçün vasitədir”.

Maraqlı ola bilər: General olmaq istəiyirdi milyarder oldu

©publika.az

PAYLAŞ