“Google” ofşor zonaya 19 milyard dollar çıxarıb

1
552
Google
Google

ABŞ-ın transmilli “Google” şirkəti 2016-cı ildə vergilərdən yayınmaq məqsədilə ofşor firmanın hesabına 15,9 milyard avro (19,2 milyard dollar) pul köçürüb.

lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi Hollandiya Ticarət Palatasının sənədləri əsasında məlumat yayıb. Vəsait Bermud adalarında qeydiyyatdan keçmiş ofşor firmaya göndərilib.

Öz beynəlxalq gəlirlərinin böyük qismini vergidən yayındırmaq üçün “Google” “ikiqat İrland-Niderland sendviçi” adlandırılan iki sxemdən istifadə edir. Belə ki, İrlandiyadakı törəmə şirkəti vasitəsilə “Google” öz gəlirlərini Niderlanddakı firmanın – “poçt qutusu”nun hesabına köçürür. Oradan vəsaitlər İrlandiyadakı qeydiyyatdan keçmiş digər şirkətin Bermud adalarında yaratdığı ofşor şirkətə göndərilir.

“Bloomberg”in xəbərinə əsasən 2016-cı ildə bu yolla çıxarılmış vəsait bir ilk əvvəlkinə nisbətən 7% çox olub

1 COMMENT