Əsas səhifə Satınalma Google “Boston Dynamics”i Softbanka satdı

Google “Boston Dynamics”i Softbanka satdı

173
PAYLAŞ

Googleun üst şirkəti Alphabetin bir müddətdir robot istehsalı sahəsində fəaliyyət göstərən şirkəti Boston Dynamicsi satmağa çalışdığı məlum idi. Şirkətin potensial alıcıları arasında Toyota olduğu halda başqa bir şirkət tərəfindən satın alınması yeni açıqlama ilə ortaya çıxdı.

SoftBankın bildirdiyi məlumata görə şirkət Boston Dynamicsi tamamilə satın aldı. Softbankın Boston Dynamicsi almaq üçün nə qədər ödədiyi açıqlanmasa da şirkətin eyni zamanda iki ayaqlı robotlar istehsal edən Yapon şirkəti Schaftı da satın aldığı məlum oldu.

PAYLAŞ