Əsas səhifə Texnologiya “Google” “ağıllı” rayon yaradır – 1 MİLYARD DOLLARA!

“Google” “ağıllı” rayon yaradır – 1 MİLYARD DOLLARA!

81
PAYLAŞ

“Google”un daxil olduğu “Alphabet Holding”in “Sidewalk Labs” şirkəti dünyanın ən texnoloji rayonunu quracaq.

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, “ağıllı rayon” Kanadanın Toronto şəhərində, Ontario gölünün sahilində yaradılacaq. Burada modul evlər, kuryer robotlar, adaptiv işıqforlarla bağlı eksperimental texnologiyalar, yer altında hərəkət edəcək yük dronları test ediləcək. Rayon sakinləri öz şəxsi avtomobillərində deyil, pilotsuz marşrut vasitələri və velosipedlərdə hərəkət edəcəklər. Onlar üçün qışda qızdırılan xüsusi cığır yaradılacaq. “Financial Times” yazır ki, “ağıllı rayon”un əsas problemi yerli sakinlərin məlumatlarının gizliliyini qorumaq olacaq, çünki texnologiyalar insanların həyatının bütün sahələrinə – zibil yığmaqdan tutmuş, evlərdəki səs səviyyəsinə qədər – nəzarət edəcəklər.

Bu, “Google”un şəhər məkanı yaradılması işində ilk böyük sınağıdır. “Google Canada” öz baş ofisini oraya köçürmək fikrindədir. Əvvəlcə rayonun ərazisi 8 kv. km olacaq, sonradan genişləndiriləcək. Layihənin dəyəri 1 milyard dollar həcmində qiymətləndirilir. Şirkət artıq işlərin ilk mərhələsi üçün 50 milyon dollar ayırıb.

Kanadanın baş naziri Castin Trüdo layihəni bəyənib. O bildirib ki, texnologiyaların inkişafı sayəsində gələcəkdə daha təmiz, yaşıl və “ağıllı” şəhərlər qurmaq mümkün olacaq.

PAYLAŞ