Əsas səhifə Texnologiya Google adsense haqqında

Google adsense haqqında

2531

Google adsense nədir?

Google Adsense haqqında qısaca onu deyək ki sayt sahibləri üçün Googleun təqdim etdiyi bir reklam xidmətidir.
Pulsuz olaraq qeydiyyatın mümkün olduğu bu sistemdə qeydiyyatınız təsdiq olunduğu təqdirdə siz də saytınıza gələn ziyarətçi trafiki üzərindən müəyyən bir gəlir əldə edə bilərsiniz.
Hal-hazırda dünya on minlərlə sayt bu sistemdən istifadə edir və içlərində olduqca yaxşı pul qazanan saytlar da az deyil.

Google Adsense ilə pul qazanmaq üçün və ya ətraflı məlumat almaq üçünn www.google.com/adsense adresinə girməlisiniz. Bir çox dildə fəaliyyət göstərir. Google adsense qeydiyyatı pulsuzdur amma hər sayt qəbul edilmir. Sayta reklam ala bilmək üçün saytınız www.google.com/adsense/policies adresindəki qaydalara uyğun olmalıdır. Bundan əlavə saytda qaydalara zidd paylaşımlar etməklə siz google adsensin qaydalarını poursunuz və buna görə sizi blok edə bilərlər. Saytda qətiyyən google adsense reklamlarına daxil olun və s. yazıları yerləşdirməyin. Google bütün bunlara qarşı çox həssasdır. Google adsense hesabının açılma qaydası Adsense hesabı yaratmaq adlı məqaləmizdə ətraflı izah olunub.

Google adsense necə işləyir?

Üzvlüyünüz təsdiq olunduğu təqdirdə ödəmə alacağınız metoddan hesab parametrlərini daxil edərək (çek və ya bank köçürməsi) müxtəlif həcmlərdə reklam vahidləri hazırlayıb sizə təqdim olunmuş kodu saytınızda istədiyiniz yerə yerləşdirin. 2-3 dəqiqə içərisində saytınızdakı məzmununla əlaqəli reklam görünməyə başlayacaq.

Reklamların çıxma səbəbləri

Reklam verənlər google adwords ilə kampaniyalar yaradarkən digər adwords istifadəçilərinin saytlarında görsənir. Reklamlar kor-koranə deyil, Google hörümçəkləri vasitəsiylə saytın məzmununa uyğun şəkildə çıxmağa başlayır. Yəni əgər baxdığınız sayt idman saytıdırsa sizin qarşınıza idmanla bağlı xəbərlər çıxacaq. Bununla da həm google həm yayıncı daha çox gəlir əldə etmiş olur.

Google adsense ilə pul qazanmaq

Göstərilən bu reklamlar tıklandığı zaman google siayt sahibinə də müəyyən bir komissiya verir. Məsələn tık başı xərci 1 AZN olan bir reklamdan google 30 qəpik əldə edərkən, sayt sahibi 70 qəpik qazanır. Əlbəttə reklam verənlərin büdcəsi sizin reklamlardan gəlirinizə təsir edər.
Qeyd etdiyimiz kimi Dünya üzərində bu sistemi istifadə edərək olduqca çox gəlir əldə edən saytlar mövcuddur. Məsələn məşhur ictimai media blogu mashable.comun aylıq 600.000 $ adsense gəlirinin olduğu təxmin edilir.

Niyə Google Adsense?

Əvvəlcə arxasında ən etibarlı internet şirkəti google var. Heç bir saxtakarlıq etmədiyiniz müddətcə pulunuzu hər ay nizamlı olaraq alırsınız. İkinci olaraq böyük bir sayt olmadan reklam almanız olduqca çətindir ancaq gündə 100 ziyarətçiyə belə sahib bir blogdan gündə 2-3 $ qazana bilərsiniz. Ayda 150 $ dan çox pul qazana bilərsiniz.

Paylaş