Geyim bazarından 3 milyard dollarlıq sərvətə: Qod Nisanovun sirli müsahibəsi

Date:

Paylaş:

Milyarder Qod Nisanov və onun ortağı Zarah İliyev uzun müddət ictimaiyyətdə tanınmayıblar. Çerkizovski bazarının qurucu ortaqları, Lyublinodakı “Moskva” ticarət mərkəzi və bir neçə böyük iş yerlərinin sahibləri, kameralardan hər zaman uzaq durublar. Nə bahalı təyyarələrdə uçublar nə dəki səs-küylü və dəbdəbəli yığıncaqlar ediblər. Daşınmaz əmlak bazarında da onlar çox ciddi işlər görüblər. Lap əvvəldən Nisanov və İliyevin ortağının Azərbaycanlı elm adamı-vəkil və Dövlət Başçısı Vladimir Putinin dostu İlham Rəhimov olduğunu çox az sayda insan bilirdi.


1993-1994-cü ildə Rusiyada 242 bazar yaradılmışdı. Orada demək olar ki, hər şeyin ticarətinə icazə verilirdi. Bu bazarların çoxunu Qod Nisanov və Zarah İliyev açmışdılar. Daha sonra onlar ticarət mərkəzləri də yaratdılar. 2006-cı ildə FORBES Nisanov və İliyev qrup şirkətlərinin təxmini gəlirinin 460 mln $, 2013-ci ildə isə 1,1 mlrd $ olduğunu açıqlamışdı.

Forbesə verdiyi ilk müsahibəsində ​​Qod Nisanov ticarətə necə başladığını, o dövrdə hansı şərtlər və qaydaların olduğunu, Vladimir Putinin ona kömək edib etmədiyi haqda bir sıra açıqlamalar edib.

– Belə çıxır ki, siz daşınmaz əmlak sektorunda hər kəsdən daha yaxşısınız. Doğrudur? Bunun səbəbi nədir?

-Bu sizin düşüncənizdir. Yəqin ki, daha ağıllı və qabiliyyətli çalışdığımız üçündür. Sürətli şəkildə qərar qəbul etmək, başqalarının getməyə qorxduğu yerə getmək və təbii ki bir qədər də şans.

-Bir çoxları Moskvadakı ticari uğurlarınızı yəhudilərin birliyinə bağlayırlar. Bu mövzudakı düşüncələriniz nələrdir?

-Bizim şirkətlərimizdə 20.000-dən çox fərqli millətlərdən insanların çalışdığını bilirsinizmi? Mən özüm Azərbaycanın Quba şəhərində doğulmuşam. 300 ildən çox müddətdir ki, orada yəhudilər yaşayırlar. Biz hər zaman kənd təsərrüfatı, ticarət, heyvandarlıq və xalça toxuma ilə məşğul olmuşuq.

– Çox maraqlıdır. Ticarətə başlamağa necə qərar verdiniz?

– Universiteti bitirdikdən sonra mən işə başladım və eyni zamanda Qubada böyük Konserv Zavodunun müdiri işləyən atama kömək edirdim. SSRİ dağıldıqdan sonra hər şey çox çətinləşdi. Mən də mübadilə sxemləri üzərində işə başladım. Atam tez-tez iş görüşmələrinə görə xaricdə olurdu. Mən isə təxminən 3000 adamın çalışdığı fabrikin başında idarəçi kimi çalışırdım. Şəxsi ticarətimə isə 18 yaşıma çatanda başlamışdım. Qəsəbədə bir dostumla dükan açmışdıq. Bu dükanda hər şey satırdıq. Bizim kəndlilərimizin xaricdə çox qohumları var idi: Amerika, İsrail və Almaniyada. Çox yaxşı müştərilərimiz var idi və Azərbaycanda heç kim bizim qədər sifariş götürmürdü. Həftə sonları bizə Bakıdan insanlar alver etməyə gəlirdilər.

– Bəs niyə Moskvaya köçməyə qərar verdiniz?

– Moskvaya məndən qabaq gələn bir çox dostum var idi. Bir dəfə mən atamdan Moskvaya getmək üçün 10 günlük icazə istədim. Orda ticarətin necə olduğunu görmək üçün. Moskvaya gələndə anladım ki, paytaxt Moskvada mənim kimi ticarət etmək istəyən gənc biri üçün imkanlar daha çoxdur. Ticarət sərmayəsi üçün ilk öncə atam kömək etdi. Daha sonra öz maddi imkanlarım meydana gəldi. Ticarətimiz ilk əvvəl çox fərqli idi. Xüsusilə xalqın ehtiyaclarına görə satışlar edirdik.

– Niyə iş ortağınız xüsusilə Zarah İliyev oldu?

– Biz Zarah ilə uzun müddətdir dostuq. Eyni qəsəbədə böyümüşük. Zamanla dostluğumuz iş ortaqlığına çevrildi və mən bir saniyə belə bununla bağlı peşmanlıq duymuram. Əminəm ki, o da mənim kimi düşünür. Bizim onunla çox ortaq yönlərimiz var. Hər ikimiz təmiz insanıq. Onunla çox tez-tez ünsiyyətdə oluruq, işlərimiz və yeni layihələrimiz haqqında danışırıq. 1993-cü ilin başlanğıcında “Novi Cheryomushki” metrosunda onunla yeni bir yer aldıq. Daha sonra orada ticarət mərkəzi ” Panaroma”nı inşa etdik.

– İnsanlar belə düşünür ki, siz artıq geyim bazarı ilə maraqlanmırsınız. “Sadovod”, «Мoskva» biznes mərkəzi və “Yujnie Varota”nı (Cənub Qapısı) satmağı düşünürsünüzmü?

– Bildiyiniz kimi biz inanclı insanlarıq. Bizə uşaqlıqdan mənəvi dəyərləri maddi dəyərlərə satmamağı öyrədiblər. Təbii ki həyat şərtləri məcbur etmədiyi müddətcə. Biz ticarətə bu prinsiplə başladıq. Sıfırdan başladığımız üçün bununla qürur duyuruq.

– Telman İsmayılov da Çerkizovski bazarının ortağı və eyni zamanda sizin yerlinizdir. Doğrudur?

– Telman İsmayılov Azərbaycan doğumludur ancaq bizim kəndlimiz deyil və həmçinin bizimlə iş ortağı da deyil.

– VVÇ (ВВЦ) və Moskva Siti hələlik sizin ən böyük layihələrinizdir, doğrudur?

– Bəli bunlar çox böyük layihələrdir və eyni zamanda biz başqa böyük layihələrlə də maraqlanırıq. Yeddi il gözlədikdən sonra biz “Cənub Qərbdə” metro stansiyası yaxınlığında bir ofis mərkəzi inşaatı üçün lazımlı rəsmi icazə və sənədləri aldıq.

– Əgər güclü şərikləriniz olmasaydı bu qədər uğurlu ola bilərdinizmi? İlham Rəhimov ticarətdə necə bir rol oynadı və Putinin tanışı olduğu üçün sizə kimlərsə köməkçi oldu mu?

– İnsanlar mənfəətləri üçün yoldaşlıq etmirlər. Biz də maraqlarımız üçün yoldaşlıq etmirik. İlham Rəhimovla dostluğumuz uzun illər bundan öncəyə söykənir. Onlar mənim atamla çox yaxşı dostdur. Köməyə gəldikdə isə o, mənə həyatım boyu kömək edib və eyni şəkildə mən də ona kömək etmişəm. O, məni hər zaman çox dəstəkləyir və tövsiyələr verir. Bizdə bir ailə ticarəti var. Bir ortaq olaraq o, işin böyüməsi ilə maraqlanır. Mən taleyimə minnətdaram ki, Rəhimov və İliyev kimi iş ortaqlarım var. Belə dostluqlar və iş ortaqlıqları ilə yalnız qürur duymaq olar.

– Sizin Avropada reallaşdırdığınız hər hansı bir proyektiniz varmı ya da xarici inşaat sərmayələri ilə maraqlanırsınız?

– Xeyr. Bizim hələlik xarici inşaat sərmayələrimiz yoxdur. Biz yalnız Rusiya daxilində çalışırıq. Çünki Rusiya böyük imkanlara və potensiala sahib bir ölkədir və əgər hökumət Rusiyada iş etmək üçün əlverişli şərait yaradırsa niyə xaricə gedək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...