Əsas səhifə Biznes Gənclər üçün 5 maliyyə məsləhəti

Gənclər üçün 5 maliyyə məsləhəti

516
PAYLAŞ

Təəssüf ki, “şəxsi maliyyə” günümüzdə məktəblərdə tədris olunmur. Bu səbəbdən bir çox gənc əslində öz pullarını necə idarə etmələrindən xəbərsizdir. Başlanğıcda, Sizə təqdim edəcəyimiz bu 5 maddəlik məsləhətləri nəzərə alsanız, daha rahat və sıxıntısız bir gələcək üçün ilk addımlarınızı atmış olarsınız.

Hədəflərinizi kəşf edin.

İsted və qabiliyyətlərinizə uyğun, sevdiyiniz bir işi görmək, bu sahədə fəaliyyət göstərmək ən düzgün sərmayədir. Bacarıqlarınızı düzgün şəkildə istifadə edib bundan faydalana biləcəyiniz və ən əsası işləməkdən zövq alacağınız bir karyera planlaması etməli, bu yolda irəliləməlisiniz. Sevdiyiniz işdən pul qazanmaq həyatınızın ən gəlirli investisiyası olacaqdır.

İradənizi idarəetməyi öyrənin.

Əgər şansınız varsa valideynləriniz, bu bacarığı hələ uşaq ikən sizə öyrətmiş olacaq. Hazırki dövrdə kredit kartları və müxtəlif kreditləri vasitəsi ilə istədiyiniz hər bir şeyi çox asan bir şəkildə əldə edə bilərsiniz. Bu isə sizi gələcəkdə təsəvvür edə bilməyəcəyiniz problemlərlə üz-üzə qoya bilər. Əgər nə isə almaq istəyirsizsə bunun üçün pul yığmaq həyatınız boyu sizə lazım olacaq bir vərdişdir. Kredit kartı ilə etdiyiniz alış-verişləri, onları ay sonunda ödəyə biləcəyiniz bir vəziyyətdə saxlamalısınız. Bunun üçün, hesabınıza daim nəzarət etməlisiniz. Əks təqdirdə kredit kartının borcu vaxtında ödənilməsə, ortaya borc faizləri çıxacaqdır ki, bu da sizə həm növbəti ayların ödəmələrində problem yaratmaqla bərabər, həm də, xərclədiyinizdən dəfərlərə artıq miqdarda geri qaytarmağa məcbur edəcək. Şəxsi büdcənin effektiv planlaması üçün kredit kartlarınzın sayını maksimum azaltmalı və bu kartlara nəzarəti daim saxlmalısınız.

Pulunuzu hara xərclədiyinizdən xəbəriniz olsun.

Maliyyə mövzularında müəyyən qədər məlumatlı olduğunuz halda, xərclərinizin gəlirlərinizdən artıq olması probleminin nə qədər önəmli olduğunu anlayacaqsız. Bu vəziyyətə nəzarət etməyin ən asan yolu şəxsi büdcənizi formalaşdırmaqdır. Beləliklə siz gəlir və xərclərinizin qeydlərini apararaq bəzi vərdiş və ya əyləncə kimi xərclərinizin sizə nə qədərə başa gəldiyini rahat görə biləcəksiniz. Bu yolla lazımsız bildiyiniz və ya artıq olan əlavə xərclərinizi azaltmaq şansını qazanacaqsınız.

Təcili vəziyyətlər üçün fond yaradın.

Təcili vəziyyətlər üçün şəxsi fondunuzu yaratmaqla hər ayki gəlirlərinizin müəyyən hissəsini bu fonda ayırın. Bu sizə ortaya çıxa biləcək bir çox halları (xəstəlik, toy və s. digər xərclər) borc almandan, kredit götürmədən öz hesabınıza aşa bilməyə kömək edəcək. Şəxsi fondunuzdaki pulları evdə saxlamaqdansa, faiz gəliri olan hansısa bir hesabda və ya qızıl, valyuta kimi ehtiyatlarda tutaraq infilyasiyadan meydana çıxa biləcək problemlərdən də qoruya bilərsiniz.

Maliyyə gələcəyinizin idarəsini öz əlinizə alın.

Əgər pulunuzu idarəetməyi öyrənməsəniz, başqaları sizin adınıza sizin pullarınızı idarə edəcəkdir. Başqalarının məsləhət və göstərişləri ilə hərəkət etməkdənsə şəxsi büdcə mövzularında fundamental bilikləri öyrədən məqalə və kitabları oxuyaraq özünüzü bu sahədə inkşaf etdirə bilərsiniz. Öz büdcənizi formalaşdırmağı, çeşidli xərclərdən qaçmağı və artıq xərcləri kəsməyi öyrənmək sizin pullarınızı idarəedə bilməyiniz üçün mütləqdir.

PAYLAŞ