Əsas səhifə Maraqlı Gələcəyin iş mühitlərinin necə olacağını göstərən möhtəşəm ofislər

Gələcəyin iş mühitlərinin necə olacağını göstərən möhtəşəm ofislər

59
PAYLAŞ

Köhnə dövrlərdə gələcəklə əlaqədar təsvirlər edilərkən həmişə soyuq, boz və darıxdırıcı mühitlər canlandırılırdı. Hələ ki, mövzu iş mühitləri olduğunda heç kimin ağılına rəngli mühitlər gəlmirdi. Lakin tabe günün sonunda işlər gözlənildiyi kimi getmədi və ofislər rəngarəng, rahat, əyləncəli və təxminlərin çox kənarında bir nöqtəyə daşındı.

Mütəxəssislər önümüzdəki illərdə iş mühitlərinin daha da işçi mərkəzli olacağı mövzusunda həmfikirdir. Sosial psixoloq Ron Fridman deyir: “Biz gələcəkdə biznes mühitində daha çevik dizaynlarla qarşılaşacayıq”.

Friedman “The Best Place To Work” adlı kitabının hazırlıq mərhələsində bir çox araşdırma icra etdi. Bu araşdırmaları əsnasında xüsusilə davranış elmlərində necə daha məhsuldar çalışdığımız mövzusunda edilən araşdırmalardan faydalandı Ron Friedman. Köhnə dövrlərdəki iş yerlərinin, maddi olaraq qənaət etmək üçün, daha kiçik mühitlərdən ibarət olduğunu da vurğulayır.

“İqtisadiyyatın böyüməsiylə birlikdə bu vəziyyət artıq dəyişir. Bundan əlavə, bu dəyişiklik beynin ətraf mühitindən nə qədər təsirləndiyini daha yaxşı başa düşməyə kömək edir. Müəssisələrin müvəffəqiyyəti işçilərinə nə qədər fərqli sahələr təqdim etdiyi ilə yaxından əlaqəli olacaq bundan sonra. ” deyir Ron Friedman.

Gələcəkdə daha çox görəcəyimiz, indiki ofislərimizi kölgədə buraxacaq bu əfsanə ofislərə birlikdə baxaq.

Qarışıq iş mühitləri sayəsində işçilər etməkləri lazım olan işə ya da əhvallarına görə fərqli yerlərdə fəaliyyət göstərə biləcəklər

Bununla yanaşı qapalı ofislər, sakit işləmək istəyənlər üçün hər zaman bir variant olmağa davam edəcək

Tək nəfərlik kub ofislər

Gizlənmə imkanları təqdim edən sahələr sayəsində işçilər bir az rahatlayacaqlar

Çarpaz söhbətləri artıracaq əşyalar ilə çalışanlar yaradıclıqlarını paylaşa biləcəklər

Xüsusi iş sahələri ilə daha fokuslanaraq işləmək istəyən işçilər üçün bir vahə təqdim edəcək

Geniş iclas ofisləri

Daha kiçik iclas sahələri

Mərkəzi olaraq yerləşdirilmiş pilləkanlar, həm ortaq sahələr meydana gətirəcək həm də bütün mərtəbələri bir-birinə açıq olaraq bağlayacaq

Ortaq mətbəx işçilərə gündəlik təzə yeməklər təqdim edəcək

Yaşıl terraslar ilə yay aylarında binanın istiliyi aşağı salındığı kimi enerji istifadəsi də düşəcək

 

©banco.az

PAYLAŞ