Əsas səhifə Birja Forex hesabı necə açılır?

Forex hesabı necə açılır?

1545

Forex bazarında investisiya edə bilmək üçün ilk öncə Forex hesabı açmaq lazımdır. Amma bundan əvvəl təbii ki bir broker seçməlisiniz. Bazarda sizə fərqli imkanlar – təhsil, məsləhət xidmətlərini təqdim edə biləcək çox sayda broker olmaqla yanaşı seçim edərkən təşkilatın qanuni bir Forex şirkəti olmasına və lisenziyasının olduğuna əmin olmalısınız. Broker seçimindən sonra Forex hesabı açmaq çox asan və sürətli bir prosesdir.

Əvvəlcə seçdiyiniz brokerin formlarını ad,soyad,telefon nömrəsi və e-poçt ünvanı kimi sadə məlumatlarınızı yazaraq doldurmağınız lazımdır. Bu formların doldurulmasından sonra brokerin müştəri nümayəndəsi sizinlə əlaqəyə yaradacaq və bu müştəri nümayəndələri bundan sonrakı Forex proseslərində hesabınızın açılmasından, investisiya edilməyinə qədər və sonrakı hər prosesdə sizə dəstək verəcəklər.

forex hesabi acmaq

Yuxarıda gördüyünüz şəkil forexin platformasının görüntüsüdür. Hər bir cihaz üçün ayrıca əks etdirilib. Bütün əməliyyatları bu platformada edirlər. İstədiyiniz zaman və internet bağlantısının olduğu hər bir yerdə forex platformasına daxil olub pul qazana bilərsiniz.

Demo forex hesabı açmaq

Demo hesab aç adresinə daxil olaraq forexin platformasını yükləyə bilərsiniz. Daha sonra yüklənən faylı komputerinizdə açın. Qarşınıza altdakı kimi bir ekran gələcək. Burada öz məlumatlarınızı daxil edə bilərsiniz. Ancaq şəxsi məlumatlarınızı dəqiqliklə qeyd etməyiniz vacib deyil. Çünki bu demo versiyasıdır. Əsas məqsəd burada məşq etmək və forexin incəliklərini öyrənməkdir.

forex hesabı açmaq

Demo hesabla real hesab hesab arasında platforma baxımında heç bir fərq yoxdur. Real hesab açmazdan öncə demo hesab açmağınız ən vacib məsələlərdən biridir. Bu platformada siz məşq edərək təcrübə qazanacaqsınız. İtirəcək bir vəsaitiniz olmadığı üçün demo hesabda siz böyük risklər edə bilərsiniz. Məsləhətdirki, demo hesabı belə real hesab kimi təsəvvür edib əməliyyatlar aparasınız. Sanki real pul vəsaiti ilə hesabınız varmış kimi.

Paylaş