Əsas səhifə Birja Forex Azərbaycanda. Azərbaycanlılara görə forex nədir?

Forex Azərbaycanda. Azərbaycanlılara görə forex nədir?

696
PAYLAŞ

Forex hər gün 4.5-5 trilyon dolların dövr etdiyi ən böyük maliyyə bazarıdır. Forex bazarlarında yüzlərlə ticarət aləti (valyuta, əmtəə, səhmlər, metallar, enerji) vasitəsilə ticarət əməliyyatları həyata keçirilir və yatırım edilən ticarət alətinin qiymətinin dəyişməsindən qazanc əldə edilir. Qiymətin artıb azalmasının o qədər fərqi yoxdur. Yüksəliş trendindəbuyeniş trendində isə “sell” edilir.

forex nədir

Bəs biz azərbaycanlılara görə forex nədir?

Azərbaycanlılar düşünür ki, forex bir oyundur. Burada şansı gətirənlər qazanırlar. Şansı gətirməyənlər isə uduzurlar. Bəs niyə belə düşünürük? Səbəbləri nədir? Bu yazıda bizim forex haqqında fikirlərimizi formalaşdıran səbəbləri izah etməyə çalışacağıq.

Müşahidələrimizə görə bunun ən böyük səbəbi Azərbaycanın qərbdən bir çox məsələlərdə geri qalmasındadır. Misal olaraq milyonçularımızı göstərə bilərik. 100 il bundan əvvəl də bu gün də təbii sərvətlər hesabına milyonlar qazanırlar. Elmə maraq bir qədər azdır. Buna görə də qərb yaradır biz isə baxırıq. Ancaq müstəqillik qazandıqdan sonra öncə tv-lərdə sonra internetdə qərbdə olan yeniliklərlə tanış olan cəmiyyət onların bəzilərini qəbul etməyə başladı. Məsələn rok, rep, şou biznesestrada müğənniləri, sosial şəbəkələr və s. Elmi cəhətdən isə az şey götürdük. Qərbin 250 ilə yaşadığı, yaratdığı və kəşf etdiklərini biz 26 ilə sığışdırmağa çalışırıq. Ona görə də heç bir şeyi tam öyrənmirik. Sadəcə anlayışımız olur.

forex nədir

ForexAzərbaycana yeni gəldiyi üçün ölkədə çox az adamın forex haqqında tam anlayışı var. Geridə qalanları isə forexə sadəcə bir oyun kimi baxır. Gerçəkdə isə forex elm və peşədir. Burada ciddi iqtisadi analiz biliyi lazım olur. Şans ən önəmsiz şeydir. Forexdə udub uduzmurlar. Düzgün analiz edib qazanır və ya yanlış analiz edib itirirlər.

Forexdə analizlər

İkinci səbəb isə ümumiyyətlə forexin fundamental biliklərini bilməməkdir. Səbəb olaraq bunu ikinci göstərsək belə əsas səbəbdir. Çünki forexdə qazanmaq üçün ən önəmli amil analiz edə bilməkdir. Azərbaycanda forex yatırımçılarının əksəriyyəti tam analiz edə bilmirlər. Altıncı hislərinə güvənib yatırım edirlər. Təbii ki, belə olan halda onlar itirəcək və motivasiyadan düşəcəklər. Əslində forexdə analiz aparmaq çox güclü elm tələb edir. Ümumi analiz təlimləri təxminən 1 ilə qədər çəkə bilər. Analiz özü isə 2 yerə bölünür.

forex nədir

Fundamental analiz

Bu analizdə bazara təsir edən amillərə diqqət edilir. Burada rəsmilərin, bank sədrləri və digər məsul şəxslərin çıxışları, ictimai hadisələr, təbii fəlakətlər və s. əsas götürülür.

Texniki analiz

Bu bir qədər çətindir. Birbaşa riyazi hesablamalar tələb edir. Bazarda baş verəcək dəyişikliklərin tam dəqiqliklə hesblanmasıdır. Bu zaman Fibonaççi ədədləri, Eliot dalğa analizi, xüsusi indiqatorlardan istifadə aiddir.
Bunların heç birindən anlayışı olmayan və itirən yatırımçılar düşünür ki, ya burada heç kim qazanmır ya da bəxti olanlar “udur”. İnsanlar arasında bu fikir yayılmağa başlayır. Beləcə forexə olan inam itir, forex haqqında yanlış fikirlər formalaşır.

Sonda bildirmək istəyirik ki, forex onu bilməyənlərin 100$ yatırım edib şansla milyonçu olmaq ümidi, onu bilənlərin isə düzgün analiz edib 0.01 lotluq əməliyyatlarla milyarder ola biləcəkləri elm və peşədir.