Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Forex əməliyyatları

Forex əməliyyatları

1098
Paylaş
forex əməliyyatları

Forex nədir?

Öncəki məqalələrimi oxumusnuzsa siz artıq forex haqqında bilirsiniz. Bu bazarın minlərlə insanın həyatını dəyişdirdiyindən də xəbəriniz var. Onu da bilirsiniz ki, forex bir mərc və ya şans oyunu deyil. Burada udub uduzmurlar. Bu bir elm və peşədir. Forexdə qazanır və itirirlər. Hələlik ikincini unudun. Önəmli olan birincidir və biz bu yazıda birinci haqqında danışacağıq. Əvvəlcə treyderlərdən başlayaq.

Treyder kimdir?

Gəlirlərini forexdə əldə edən insanlara “trader” yəni “ticarətçi” deyilir. Treyderlər forexdə “trade” yəni “ticarət”lə məşğul olurlar. Bəs necə və nəyin vasitəsilə? Müştərinin terminalı- proqram məhsuludur. Terminal vasitəsilə müştəri ticarət əməliyyatlarının həyata keçirilməsi üçün əmrlər verir. Treyder broker şirkətlə əməkdaşlığa başlayan zaman şirkət ona bir “forex yatırım hesabı” yaradır. Bunu biz broker şirkətdə olan investor hesabımızdan da edə bilərik. (Şəxsi kabinet – Müştərinin Brokerinin saytında olan şəxsi elektron səhifəsidir. Bu kabinet vasitəsilə Müştəri ticarət hesabına vəsaiti daxil edə bilər və hesabdan vəsaitləri çıxara bilər. Həmçinin öz ticarət hesabı haqqında məlumat əldə edə bilər) Bu hesabı isə platforma vasitəsilə idarə edirlər. Platformalar bir növ yatırımlar etmək üçün vasitəçi proqram sayılır. Hazırda ən yaxşı platforma “Meta Trader 4” sayılır. MT5 isə hələki beta versiyadadış Onda sadəcə demo hesabları idarə etmək mümkündür.

Forexdə necə qazanırlar və necə əməliyyat edirlər?

Forexdə əməliyyatlar “trend”in istiqamətinə görə olur. (Trend alətin qiymət dəyişməsinin istiqamətidir). 3 istiqamətdə trend olur. Yüksəliş, eniş və üfiqi. Ümumi götürdükdə hazırda bütün trendlər üfiqidir. Bunu sadə şəkildə belə izah edək. Ağ vərəqin üzərində üfiqi, 0-3-7-10sm aralığında xətlər çəkin. Hazırda bütün trendlər o 3-7 arasında dəyişir. (MT4 platformasında RSI-Relative Strength Index indiqatorunda bu xətlər 0-30-70-100 aralığında yerləşir və 30-70 arasında dəyişir). Bəs forexdə necə qazanırlar?

Buy əmri – Siz hər hansı bir aləti analiz etdiniz və gördünüz ki, alətin qiyməti yüksələcək. Bu zaman “buy” edirsiniz. Qiymət yüksəldikdə siz qiymət dəyişimindən qazanırsınız. Belə düşünək. Neftin bareli 54.50$ dəyərindədir və biz düşünürük ki, qiymət müəyyən qədər yüksələcək. Bu zaman “buy” edirik. Qiymət 56.00$ olduqda biz əməliyyatı bağlayıb o qiymət dəyişimini mənfəət kimi götürürük.

Sell əmri – biz analiz edib görürük ki, qiymət eniş trendindədir. Biz bu zaman “sell” edirik. Amma indi vəziyyət biraz daha fərqlidir. Məsələn biz neftin qiymətinin enəcəyini düşünürük. Biz bu vəziyyətdə necə qazana bilərik? Bu zaman şirkət bizə şərti olaraq neft verir və biz bu nefti hazırda olan 54.50$ qiymətinə satırıq. Qiymət 53.00$ olduğunda biz əməliyyatı bağlayırıq. Belə olduğu halda biz satdığımız şərti nefti daha ucuz qiymətə alırıq. Beləliklə biz baha satıb ucuz alırıq. Yenə qiymət dəyişimindən gəlir əldə etmiş oluruq.

Gəliri artıran səbəblər – Ticarət əməliyyatlarının həcmi artdıqca gəlir də artır. (Ticarət əməliyyatlarının həcmi-lotların sayının ölçüsünə vurulmasıdır) Məsələn daha böyük yatırım etdiyinizdə gəlirinizdə artacaq. Lot – Əqdin həcminin (ölçüsünün) vahid kəmiyyətidir. 0.01 lot-1000$ 0.10 lot-10 000 dollar 1.00 lot-100 000 dollar Bu standart həcmdir. 1:100 kredit dəstəyi-Bu brokerin treyderin gəlirini artırmaq üçün təklif etdiyi xüsusi xidmətdir. Bu xidmət sayəsində sizin gəliriniz 100 qat daha da artır. Ən sadə dildə izah etməyə çalışaq. Deyək ki, forexdə ticarət üçün minimum 1000$ civarında pula ehtiyacınız var. Ancaq sizin sadəcə 100$ pulunuz var. Bu vəziyyətdə broker şirkət sizə bu məbləğin 100 qatı dəyərində kredit verir. Siz 0.10 lotluq əməliyyat açırsınız. Bunun həcmi 10.000 dollardır və bu pulun sadəcə %1-i əməliyyata yatırmısınız. Beləliklə sizin yatırımınız kimi gəlirinizdə 100 dəfə artır.

Zərər – demək olar ki çoxunuzu düşündürən əsas sual odur ki, birdən əməliyyat mənfiyə getsə necə olacaq? O krediti necə ödəyəcəm? Təbii ki, broker burda özünü sığortalayır. Bilməyiniz lazımdır ki, forexdə zərər yatırım etdiyiniz məbləğ deyil onun zərər hissəsidir. Tutaq ki siz 500 manata telefon alırsınız və 450 manata satırsınız. Burda sizin zərəriniz cəmi 50 manat olur. Forex də bu sistemlə işləyir. Ancaq birdən siz əməliyyatı mənfidə bağlamaq istəmədiniz və əməliyyat daha da mənfiyə getdi. Bu zaman marja səviyyəsi 40% olduqda sizin elektron poçtunuza və mobil telefonunuza mesaj gəlir. (Marja səviyyəsi (Margin Level) – vəsaitlərin (Equity) girova (Margin) olan nisbətinin faiz ifadəsidir.) Marja səviyyəsi 20% olduqda isə sistem avtomatik olaraq bütün əməliyyatları bağlayır. Bu vəziyyətə “stop out” deyilir. (Stop Out – server tərəfindən yaradılan, Müştərinin açıq mövqeyinin məcbur şəkildə bağlanması əmridir.) Beləliklə əməliyyat mənfi olduğu zaman sadəcə sizin vəsaitiniz itir. Brokerə isə ziyan dəymir.

Maraqlı ola bilər:  Forex hesabı necə açılır?

Paylaş