Əsas səhifə Birja Forekslə pul qazanmaq mümkündür?

Forekslə pul qazanmaq mümkündür?

90
PAYLAŞ

Forekslə pul qazanmaq:

Forexdə əlbəttə ki pul qazanmaq mümkündür. Ancaq bunun üçün ilk öncə foreks haqqında yaxşı bilginiz və təcrübəniz olmalıdır. Bazarda pulunuzu doğru yönəltməyi bacarmalısınız. Təsadüfi açılan hər bir əməliyyatda 99 faiz zərərə məhkumsunuz. Buna görə də çalışın aldadıcı reklamlardan uzaq durasınız və ilk öncə forex haqqında biliyinizi artırasınız. Lazımlı məlumatları öyrənmədən və təcrübə qazanmadan real hesaba keçməyin. Demo hesabın necə açılmasını saytımızdakı Forex hesabı necə açılır adlı məqaləmizdən oxuya bilərsiniz.

Forexdə çox qazananlar varmı?

Forekslə pul qazanmaq

Forex haqqında eşidən hər bir kəsin ilk sualı çox güman ki bu olur: Forexdə milyoner olan insan varmı? Çünki insanlar pullarını ən yaxşı şəkildə dəyərləndirməyin yollarını axtarırlar. Bu barədə şübhəsiz ki forex istəklərinizə cavab verəcək bazardır. Çünki bazardan ciddi şəkildə pul qazananlar var. Forexdə əsas olan doğru zamanda doğru yerə investisiya etməyinizdir.

Forexdə bir çox özəlliklər var ki onlar vasitəsilə qazancınızı daim artıra bilərsiniz. Bunun üçün forex haqqında ətraflı öyrənməlisiniz. Forexdə çox qazanan varmı sualına gəldikdə isə bəli çox qazanan insanları saymaqla bitməz. Hətta Biznes Plus səhifəsində paylaşdığımız bir məlumatda 17 yaşlı oğlanın milyoner olması haqqında yazmışdıq.

Məhəmməd İslam adlı bu gəncin 17 yaşı var və foreksdən 72 milyon dollar sərvət qazanıb. 9 yaşından bu işlərlə marağlandı…

Posted by Biznes Plus on Wednesday, 23 November 2016

Forexdə çox qazanmaq üçün nə etmək lazımdır?

forekslə pul qazanmaq
Forexdə çox qazanmaq üçün mənfəət və zərərlərinizi doğru şəkildə idarə etməyi bacarmalısınız. Bir çoxları pul qazanmaq üçün istənilən vaxt əməliyyatlar açır. Əlbəttə ki pul qazanmaq üçün əməliyyat açmağınız vacibdir. Lakin uyğun zamanı gözləmədən açılan əməliyyatlar sizə böyük zərərlər gətirəcək. Bunun üçün demo hesabda məşq etməyiniz məsləhətdir.

Yaxşı bir strategiya investorların Forexdə müvəffəqiyyətli olmasını təmin edir. Valyutaların , əmtəələrin , səhmlərin dəyəri ani olaraq dəyişdiyi üçün çox vaxt fərqli strategiyalar ilə hərəkət etməyinizə səbəb olur. Buna görə də təcrübələrinizi nə qədər çox artırsanız gələcəkdə edəcəyiniz əməliyyatlarda faydasını görəcəksiniz. Forexdə səhvlərinizdən nəticə çıxarmağı bacarmalısınız.

Bir çox insan forexə başlayan kimi milyoner olmaq istəyir. Amma səbrsiz insan çox zaman zərərlə üzləşir. Daimi qazancla vaxt ötdükcə daha çox qazana bilərsiniz.

Forexdə Zəngin olmaq mümkündür mü?

forekslə pul qazanmaq

Forexdə əməliyyatlarınızı doğru etdiyiniz müddətcə zəngin olmaq ehtimalınız da yüksəlir. Çünki bazarın imkanları cazibədardır və qısa müddət ərzində çox pul qazanmaq mümkündür. Yüksək qazanc əldə etmək yerinə itirmədən qazanmağı öyrənməlisiniz. İlk mərhələdə kiçik miqdarlar əldə ediləcək şəkildə sərmayənizi etsəniz, riskləri necə idarə etmək lazım olduğunu də anlaya bilərsiniz. Bu sayədə nəzarəti ələ ala bilər, günlər keçdikcə əməliyyat həcminizi artıra bilərsiniz.

Zəngin olmaq Forexdə şansla bağlı bir şey deyil. Tamamilə edilən sərmayələrlə əlaqəlidir. Buna görə də bilik və təcrübələrinizi davamlı olaraq artırmağınız lazımdır. Mütəxəssislərin analiz hesabatlarını təqib etməlisiniz. Qiymətlərdə yaşanacaq dəyişikliklərə səbəb olan amillər haqqında məlumatlar əldə etməlisiniz.

Foreks dünyasının ən məşhur investorları haqqında Forekslə zəngin olan insanlar adlı məqaləmizdən oxuya bilərsiniz.