“Ford” elektromobil istehsalına 11 milyard dollar yatıracaq

0
748

ABŞ-ın “Ford Motor” Konserni elektrik mühərrikli avtomobil layihəsinə sərmayələri ciddi şəkildə artıracaq.

lent.az-ın “Praym”a istinadən verdiyi xəbərə görə, “Ford” Direktorlar Şurasının sədri Bill Ford 2022-ci ilə qədər bu sahəyə 11 milyard dollar sərmayə yatıracaqlarını bildirib. Həmin vaxta qədər şirkət 40 hibrid və tam elektrikləşdirilmiş avtomobil modeli istehsal edəcək. Onlardan 16-sı tam elektrik mühərrikli olacaq. “İnvestisiyaların həcmi daha əvvəl 2020-ci ilə qədər həyata keçiriləcəyi elan olunan 4,5 milyard dollarlıq yatırımdan xeyli çoxdur”, – deyə şirkət nümayəndələri söyləyib.

2016-cı ildə “Ford” yeni mal və xidmətlərin tədqiqatı və işlənməsinə 7,3 milyard dollar sərf edib. Bundan öncəki 2 ilin hər birində isə bu sahəyə 6,7 milyard dollar investisiya yatırmışdı.