Əsas səhifə Biznes sahələri Avtomobil Ford çinlilərlə birgə istehsala başlayır – 755 milyon dollarlıq müəssisə

Ford çinlilərlə birgə istehsala başlayır – 755 milyon dollarlıq müəssisə

680
Paylaş

ABŞ-ın ikinci ən böyük avtomobil istehsalçısı “Ford” Çindəki tərəfdaşı “Zotye” ilə birgə elektrik avtomobilləri istehsal edəcək.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə yaradılan 5 milyard yuanlıq (755 milyon ABŞ dolları) birgə müəssisə Çinin Cinxua şəhərində yerləşəcək. Müəssisənin 2019-cu ilin sentyabrından etibarən istehsala başlayacağı və ilkin mərhələdə ildə 100 min avtomobil buraxacağı güman olunur.

“Gələcəkdə elektriklə işləyən avtomobillər Çin bazarında böyük paya sahib olacaq. Bizim birgə müəssisəmiz də bu sahədə lider olmağı ümid edir”, – deyə “Ford”un Asiya və Sakit okean bölgəsi üzrə prezidenti Peter Flit bildirib.

Qeyd edək ki, Çin dünyanın ən böyük avtomobil bazarı olmaqla yanaşı, həm də elektrik enerjisi ilə işləyən avtomobillərin (NEVs) istehsal və satış sayına görə birinci yerdədir. Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin statistikasına əsasən, cari ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə NEVs istehsalı və satışı 45 faiz artaraq, müvafiq olaraq 517 min və 490 minə çatıb.

Elektrik enerjisi ilə işləyən avtomobil istehsalını prioritet sahə elan edən Çin hökuməti ənənəvi yanacaq növləri ilə işləyən avtomobillərin istehsalına və satışına gələcəkdə cədvəl üzrə qadağa qoymağı da düşünür.

Paylaş