Əsas səhifə Kriptovalyuta “Forbes” kriptovalyuta zənginlərinin reytinqini tərtib edib

“Forbes” kriptovalyuta zənginlərinin reytinqini tərtib edib

87

Müntəzəm olaraq dünyanın ən zəngin insanlarının reytinqini hazırlayan “Forbes” ilk dəfə olaraq kriptovalyuta zənginlərinin reytinqini tərtib edib.

İKT.lent.az-ın xəbərinə görə, “Ripple” kriptovalyuta xidmətinin keçmiş CEO-su Kris Larsen kriptovalyuta əməliyyatlarında ən çox varlanan iş adamı seçilib. Onun sərvəti 7,5 – 8 milyard dollar həcmində qiymətləndirilir.

İkinci yeri “Ethereum” kriptovalyutasının yaradılmasında iştirak etmiş Cozef Lavin tutub. Onun sərvəti 1 – 5 milyard dollar arasındadır.

“Binance” kriptovalyuta birjasının yaradıcısı Çanpen Çjao 1,1 – 2 milyard dollarlıq varidatı ilə 3-cü pillədədir.

Tayler və Kemeron Uinklvoss qardaşları 0,9 – 1,1 milyard dollarla 4-cü sıradadır. Maraqlıdır ki, onlar 2008-ci ildə “Facebook” ideyasının müəlliflik hüquqi ilə bağlı Mark Zukerberqi məhkəməyə verərək ondan 65 milyon dollar pul alıblar.

Bitkoin mayninqi üzrə “Bitfury” şirkətini yaradan Vitali Vavilov 500-700 milyon dollarlıq varidatı ilə 5-ci, “Ethereum” kriptovalyutasının yaradıcısı Vitalik Buterin isə 400-500 milyon dollar həcmində sərvəti ilə 6-cıdır.

Qeyd edək ki, “Goldman Sachs” əksər kriptovalyutaların dəyərinin sıfıra enəcəyini və bazardan çıxacağını proqnozlaşdırıb.

Paylaş