“Forbes” ən çox gəlir əldə edən yazıçıların siyahısını açıqlayıb

Date:

Paylaş:

“Forbes” dünyanın ən çox gəlir əldə edən yazıçılarının siyahısını açıqlayıb.

milyarderlər

Siyahıya Harri Potter haqqında silsilə kitabların müəllifi Coan Roulinq başçılıq edib. Jurnalın verdiyi məlumata görə, o, son 12 ayda 95 milyon ABŞ dolları qazanıb. Yazıçının ümumi varidatı 650 milyon dollar qiymətləndirilir.

İkinci yeri inspektor Aleks Kross haqqında silsilə romanların müəllifi Ceyms Patterson tutub. İl ərzində o, 87 milyon dollar qazanıb. Siyahıda daha sonrakı yerləri “Fərsizin (əfəl, zəif) gündəliyi” məşhur kitabı ilə Ceff Kini, “Da Vinçi şifrəsi” və “Mələklər və şeytanlar” bestellerlərinin müəllifi Den Braun tutur. Bu onluğa, həmçinin Stiven Kinq (15 milyon dollar), Con Qrişem, Nora Roberts və “Qatarda qız”ın müəllifi Pola Hokins daxildir.

© Azərtac

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...