Əsas səhifə Maraqlı Fikrinizin uğurlu olma potensialı nə qədərdir?

Fikrinizin uğurlu olma potensialı nə qədərdir?

94
PAYLAŞ

Hər fikir gəlir gətirəcək potensiala sahib deyildir. Hətta mükəmməl səslənənlər belə. Buna görə də yaxşı fikirlə, potensiallı fikri bir-birindən ayırmaq olduqca önəmlidir. Bəs siz fikrinizin potensialı olduğunu düşünmüsünüzmü?

Fikrinizin gəlir gətirəcək potensiala sahib olub-olmadığını müəyyən etmək üçün cavabını axtarmağnız lazım olan 10 sual aşağıdakı kimidir.

Ətrafınızdakılar nə düşünür? Sözsüz ki, başqaları tərəfindən söylənilən fikirlər hər zaman doğru deyildir. Amma, unutmamalısınız ki, bu fikirlərdə də bir qədər doğruluq payı vardır və güvəndiyiniz yaxın insanların iradları ətrafında düşünməyə dəyər.

Real düşünün! Fikriniz mükəmməl ola bilər. Amma, hər zaman gerçəkləşdiriləcək fikirlər real olur. Fikrinizin gerçəklik dərəcəsini, maliyyə tərəfini müəyyən edin.

Hansı çətinliyi ortadan qaldıracaqsınız? Biznesmenləri uğura aparan üstünlüklərdən biri də, onların fikrinin dünyanı dəyişəcək gücdə olmasıdır. Bəs sizin fikriniz insanlara nə kimi fayda verəcəkdir?

Firiniz insanlar üçün ödəmə edəcək qədər önəmlidirmi? Fikrinizi gerçəkləşdirməzdən öncə onun insanlara fayda dərəcəsini ölçün. İnsanların sizin fikrinizə ödəmə edib etməyəcəklərini müəyyən edin.

Potensial müştərilərinizi tam olaraq öyrənin. Müştərilərdən və hədəf toplumunuzdan feedback istəyin. Beləcə siz daha mükəmməl məhsul istehsal etmiş olacaqsınız.

Rəqabət səviyyəsini müəyyən edin. İlk əvvəl bazardakı rəqibinizi, onların uğurlarını və strategiyalarını öyrənin. Onlardan nə şəkildə daha güclü olacağınızı və hansı cəhətinizə görə fərqlənəcəyinizi aşkar edin.

Bazara girə bilərsinizmi? Fərqlilik yaradacağınız təqdirdə bazara girməyi bacaracaqsınız.

Bu işi kiminlə birlikdə həyata keçirməliyəm. İşə başlarkən ortağa ehtiyac duyacaqsınız və doğru ortağı müəyyən etmək olduqca önəmli olacaqdır.

Sərmayədarların fikrini nə şəkildə çəkə bilərəm. Bu ilk qarşınızda duran başlıca suallardan olmasa da suallarınız içində bir az da olsa yer verməniz lazımdır. Məhsulunuz insanlara faydalı olacağı təqdirdə siz doğru sərmayədarı müəyyən edə biləcəksiniz.

Bunu həqiqətən reallaşdırmaq fikriniz varmı? Fikrinizdə nə dərəcədə istəkli olduğunuzu müəyyən etməyiniz faydalı olacaqdır. Özünüzü gecə-gündüz bu işlə mübarizə aparan şəkildə görürsünüzsə, o zaman başlamağa dəyər.

©biznesmen

PAYLAŞ