Fevralda Bakıda maliyyə forumu keçiriləcək

0
640
maliyyə forumu

Bakıda bu il fevralın 28-də maliyyə forumu keçiriləcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli deyib.

M.Abbasbəylinin sözlərinə görə, forumda hökumət rəsmilərinin iştirakı gözlənilir: “Forumda maliyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbərlərinin iştirakı gözlənilir. Bura Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, Dövlət Neft Fondu və digər qurumlar daxildir”.

“Caspian European Club” rəsmisi yeni vergilər naziri ilə görüşmək niyyətində olduqlarını da qeyd edib: “Təbii ki, Vergilər Nazirliyi ilə görüş planlaşdırılır. Yeni nazir təkliflərə açıqdır və islahatlar aparmaq həvəsindəsir. Bu, bizi sevindirir və əlavə stimul verir”.

M.Abbasbəyli təkliflərin istiqaməti ilə bağlı da danışıb: “Burada iki istiqamətdə məsələlər var. Birincisi, qanunvericiliklə bağlı müəyyən təkliflərdir, digəri isə mövcud qanunvericiliyin tətbiqi ilə bağlıdır”.