Ferma və istixananı neçəyə qurmaq olar?

Date:

Paylaş:

“100 başlıq südlük heyvandarlıq təsərrüfatını tam şəkildə 350 min manata tikib təhvil veririk”

Bunu “Zovg Construct” şirkətinin təsisçisi və rəhbəri Araz Mirzəyev bildirib.

“Müştəri sadəcə heyvanları təsərrüfatına gətirib işə başlayır. Azərbaycanda hazırda bir-iki ferma təsərrüfat yaradan şirkət var. Orta hesabla heyvandarlıq təsərrüfatlarını 450-550 min manata tikib istifadə verirlər”,- o deyib.

Hazırda Azərbaycanda yeni və maraqlı sahələrdən biri də banan təsərrüfatının yaradılmasıdır. Əvvəllər əlverişli olmadığı üçün bunu yaratmaq mümkün olmurdu.

Araz Mirzəyev qeyd edib ki, Azərbaycanda belə istixana indiyə qədər qurulmayıb: “Amma Azərbaycanda bu təsərrüfatın yaradılmasında insanlar çox maraqlıdırlar. Çünki Azərbaycanda banan satışı çox yüksəkdir və ancaq xaricdən gətirilir.

Banan istixanalarda digər məhsullardan fərqli olaraq yalnız torpaqda əkilir. Azərbaycanda belə istixanaları quraraq düzgün yetişdirilmə mühiti yaratmaqla bu təsərrüfatda yüksək məhsuldarlığa nail olmağı bacarırıq. Pomidor və digər istixanalardan fərqli olaraq bu istixanalarda havalandırmaya daha çox ehtiyac var. Bu istixanaları Türkiyəli mütəxəssislərlə birgə qururuq. Bu gün təkcə banan deyil, çiyələk istixanalarını da heç bir şirkət təklif etmir. Kokobitli sistemlə 200 ton məhsul verən çiyələk istixanalarını da qura bilirik. Digər tərəfdən Azərbaycanda çiyələcək istehsalı çox azdır. Ona görə də bazarda tələbat yüksəkdir. Bazara çıxarıldığı zaman dərhal satılır. O cümlədən xarici bazara Rusiya və ərəb ölkələrinə rahat şəkildə çıxarmaq olur.

Yəni, biz bu gün bazarda ən çox tələbat olan kənd təsərrüfatı məhsullarının istixanalarını yaradırıq. Pomidor,xiyar, çiyələk, banan və s.

Qiymətlərə gəlincə, 1 hektarlıq banan istixanalarını 350 min manata qururuq. Torpaqdan əkilən çiyələk istixanalarını isə 440-450 min manata, kokobitli istixanaların yaradılması isə 600 min dollara başa gəlir.

Banan istixanalarının qurulması ilə daha çox Azərbaycanın isti regionlarından müraciət edirlər. Salyan və Şəmkirdən müştərilər zəng vurur.

Bəs istixana təsərrüfatında sahibkar nə qədər qazanc götürə bilir?

Şirkətin rəhbəri bildirib ki, bu məhsulun sortundan aslıdır: “Məsələn orta səviyyəli parnikdən 400-450 min manat gəlir götürmək olar. Tam müasir parnikdən isə bu 800 min -1 milyon manat arasında dəyişə bilər. Çiyələk üçün isə bazardakı qiymətdən aslıdır. Çünki çiyələyin qiyməti dəyişkəndir. Banan parniki yaratmaq istəyənlər isə artıq ikinci əkində gəlir qazana bilir. Orta hesabla bir hektar banan parnikindən 300 min manat gəlir götürmək olur”.


© Fins

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...