Gənclər üçün Avropada işləmək imkanı!

Date:

Paylaş:

Bu dəfəki müsahibimiz Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının (AYAFE) sədri Fəraim Əkbərovdur.

fəraim əkbərov

– Fərahim bəy, AYAFE haqqında qısa məlumat verə bilərsinizmi?

– Avropanın Gənc Azərbaycanlı Dostları İctimai Birliyi  (AYAFE – Association of Young Azerbaijani Friends of Europe) 1997-ci ildə bir qrup gənc tələbə tərəfindən yaradılmışdır. Azərbaycanda ilk könüllü gənclər təşkilatı olan AYAFE-nin əsas məqsədi könüllülüyün təşviq edilməsi və digər ölkələrin gəncləri ilə təcrübə və bilik mübadiləsi həyata keçirməkdir. AYAFE ilk beynəlxalq gənclər düşərgəsini 1998-ci ildə Şəki şəhərinin yaxınlığında yerləşən “Dəmiryol” məcburi köçkün düşərgəsində təşkil etmişdir. Bu tədbirin əsas beynəlxalq tərəfdaşı “Service Civil International”(SCI) təşkilatı olmuşdur. AYAFE həmin ildən SCI-ın Azərbaycanda yeganə tərəfdaşdır.

– AYAFE-nin fəaliyyət istiqaməti nədir?

– Təşkilatımızın əsas fəaliyyət istiqaməti Azərbaycanda həyata keçirilən gənclər siyasətinə tövhə vermək, həmçinin gənclər arasında könüllülüyün təbliği, gənclərin bilik və bacarıqlarınının artırılması, xarici proqramlarda iştirakını təmin etmək və asudə vaxtlarının səmərəli təşkilində gənclərə yaxından dəstək olmaqdır. Bu istiqamətdə gənclər müxtəlif yerli və beynəlxalq proqramlara, maraq dairələrinə və gələcəkdə arzu etdikləri peşələrə uyğun könüllü fəaliyyətlərə cəlb edilir. Bura daha çox xarici ölkələrdəki tərəfdaşlarımız tərəfindən təşkil olunan müxtəlif beynəlxalq yay düşərgələri və qısa müddətli treninq kurslar daxildir. Həmçinin qeyd edim ki, bu yaxınlarda “ASAN Könüllüləri” Təşkilatı ilə təşkilatımız arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum Azərbaycan gənclərininyerli və beynəlxalq könüllülük proqramına, təlimlərə, layihələrə və müvafiq tədbirlərə cəlb edilməsi, xaricdə yaşayan gənclərin Azərbaycan ilə tanış olmasına şərait yaradılması, alternativ turizm sahəsində əməkdaşlıq çərçivəsində ASAN Könüllülərinin rolunun gücləndirilməsi, dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən və beynəlxalq sahə ilə bağlı fəaliyyətlərdə gənclərin iştirakının təmin edilməsi, bu sahələrin keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir.

– Bildiyimiz qədəriylə AYAFE iş düşərgələri(workcamp) həyata keçirir. Ümumiyyətlə iş düşərgələri nədir və necə müraciət etmək lazımdır? 

avropada iş, polsada isler, polşada işləmək, almaniyada is elanlari, almaniyada is yerleri, almaniyada qacqin statusu almaq, almaniyaya nece getmek olar, almaniyada yasayan azerbaycanlilar, almaniyaya getmeyin yollari 2016, almaniyada is ilanlari, almaniyada islemek isteyirem

– Beynəlxalq iş düşərgəsi könüllü xidmətin xüsusi formasıdır. Beynəlxalq iş düşərgəsi müxtəlif mədəniyyətlərdən və həyat tərzindən olan insanların birlikdə yaşamaq və könüllü qrupunda faydalı ola biləcək qısa müddətli layihələrdə birgə iştirakıdır. Daha çox gəncləri maraqlandıran müxtəlif istiqamətlərdəki layihələri özündə ehtiva edir.

İş düşərgələri əsasən bunları əhatə edir:

  • Müxtəlif ölkələrdən 10-15 iştitakçı və 1-2 düşərgə lideri seçilir;
  • Ümumi ünsiyyət dili olraq İngilis dili müəyyən edilir;
  • 2-4 həftəlik layihədə birgə fəaliyyət;
  • Sadə yaşayış şərtləri və yemək iştitakçılar tərəfindən hazırlanır;
  • Praktiki iş;
  • Mədəni proqramlar;
  • İştirakçılar üçün yaş həddi, minimum 18 yaş müəyyən edilir.

İş düşərgələrinə müraciəti ayafe.az rəsmi saytından (www.workcamps.info saytından birbaşa müraciət mümkündür) və AYAFE Azerbaijan facebook adresindən etmək olar. Həmçinin səhifəmizdə mütəmadi olaraq dünyanın 50-dən çox ölkəsində təşkil olunan iş düşərgələri haqqında elanlar yerləşdirilir.
İş düşərgələrinin faydalarına gəldikdə isə gənclər bu proqramlarda iştirak etməklə həm beynəlxalq dostluq şəbəkələrini qurmuş olacaq, həm də xarici dil biliklərəni mükəmməlləşdirə biləcəklər. Bundan başqa öyrəndikləri bilik və təcrübələri gələcək iş həyatlarında tədbiq etməklə uğur qazana biləcəklər. Çünki gənclərin iştirak edəcəkləri bu tipli proqramlar onları indidən iş mühitinə alışdıracaq və beynəlxalq təcrübəni öyrədəcəkdir. Həmçinin gələcək karyerasını öz biznesi üzərində qurmaq istəyən gənclərimizin bu sahədəki müxtəlif könüllülük proqramlarına müraciət etməsi tövsiyə olunur.

– Könüllülük nədir və AYAFE-nin könüllüləri hansı fəaliyyəti göstərirlər?

– Könüllülük özlüyündə çox böyük məna kəsb edir və mühüm dəyərlərə söykənir. İlk öncə adından da göründüyü kimi könüllülük ürəkdən gələn bir hisdir. Maraqlı bir faktı da qeyd etmək yerinə düşər. Bildiyimiz kimi müstəqillik illərinin ilk dövrlərində Azərbaycan müharibə şəraitində yaşayırdı. O zamankı yeniyetmə gənclər məhz könüllülük adı altında vətəni qorumaq üçün cəbhəyə yollanırdılar. Bu gün isə sabitlikdir. Ümumi olaraq isə könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər. Məs: Əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi, uşaq və gənclərlə iş və.s. Könüllülük artıq beynəlxalq bir hərakatdır və bütün dünyada mövcuddur. Əsas məqsəd isə könüllülüyü cəmiyyət üçün faydalı etməkdir. Həmçinin qeyd edim ki, təşkilatımızda da könüllü gənclər fəaliyyət göstərir. Onlar da müxtəlif layihələrdə aktiv iştirak edir və öz töhvələrini verirlər. Onu da qeyd etmək istərdim ki, təşkilatımız Gənclərin Könüllülük Forumları: “AYAFE ilə Beynəlxalq Təcrübə Qazan” adı altında silsilə tədbirlər keçirir. Tədbirlərdə Könüllülük, Gənclər Siyasəti, Gənclərin Beynəlxalq Təcrübə Proqramları və İş Düşərgələri haqqında gənclərə geniş məlumat verilir. Silsilə xarakterli tədbirlər AYAFE-nin 20 illiyi ilə əlaqədar olaraq 2017-ci ilin noyabr ayınadək mütəmadi təşkil olunacaq.

– AYAFE-də könüllü olub sonradan biznes quran və ya yüksək vəzifədə çalışan insanlar varmı?

– Əlbəttə, mən bunu məmnunluqla qeyd etməliyəm ki, vaxtı ilə AYAFE sıralarında fəaliyyət göstərən gənclərdən hazırda nazir müavini, millət vəkilləri, o cümlədən biznes həyatında uğur qazanan bir çox iş adamları var. Təbii ki, qazanılan bütün bu uğurlarda könüllülüyün rolu danılmazdır.

Müsahibəyə görə təşəkkür edirik!

is vakansiyalari iw yerleri  vakansiyalar 2016 xaricde islemek imkani is axtariram vakansiya 2016 iş elanlari xaricde islemek amerika kinosu xaricde islemek isteyirem vakansiyalar bakida  2016 iw elanlari 
isci teleb olunan yerler iw elanlari 2016 yeni 
miq edu az vakansiyalar  jobsearch is elanlari islemek isteyirem  almaniya sefirliyi  turkiyede tehsil almaq ucun ne etmeli  iw vakansiyalari  turkiyede islemek isteyirem  iw elani 2016  is elanlari vakansiyalar 2016  iş axtarıram 
is vakansiyalari 2016  xaricde is yerleri  tehsil nazirliyi vakansiya  asan xidmet elaqe  2016 vakansiyalar  telebe melumat sistemi 

avropada iş, polsada isler, polşada işləmək, almaniyada is elanlari, almaniyada is yerleri, almaniyada qacqin statusu almaq, almaniyaya nece getmek olar, almaniyada yasayan azerbaycanlilar, almaniyaya getmeyin yollari 2016, almaniyada is ilanlari, almaniyada islemek isteyire

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...