Əsas səhifə Texnologiya Facebookun yeniliyi səhmlərinin enməyinə səbəb oldu

Facebookun yeniliyi səhmlərinin enməyinə səbəb oldu

90

Facebook daha bir yeniliyini açıqlayıb. “Marja” xəbər verir ki, bu yenilik ilə Facebook, insanların “dostları” ilə bölüşmək istəyəcəyi paylaşımları təxmin edib səhifədə daha üstdə yerləşdirəcək.

Bununla yanaşı, insanların Facebook-da keçirdikləri vaxtı mənalı etmək məqsədilə ailə və dostların paylaşdıqları məlumat, foto və videolar digər səhifələrin paylaşımlarından üstünlük qazanacaq.

REKLAM GƏLİRLƏRİ DÜŞƏ BİLƏR XOFU

Facebook-un bu yeniliyi istifadəçilər baxımından müsbət görünür. Çünki Facebook, ailə və dostların paylaşdıqlarını daha çox, buna qarşı şirkət səhifələrinin və təşkilatların video və digər paylaşımları kimi ümumi məzmunları isə daha az göstərəcəkdir.

Elə bazar da bu hissəyə reaksiya verib. İstifadəçilərin, şirkət səhifələrinin və qurumların videolarını daha az görmələri, investorları, şirkətin reklam gəlirlərinin düşə biləcəyi ilə narahat edib. Bunun nəticəsində də Facebook-un səhmləri 6% ucuzlaşıb.

Facebookun sədr müavinlərindən Con Hageman isə bu dəyişikliyin reklam sistemində hər hansı bir dəyişikliyə səbəb olmayacağını açıqlayıb.

Paylaş