Facebookun ilk 20 işçisi kimlər idi və hazırda hansı işlə məşğuldurlar?

Date:

Paylaş:

Facebookun ilk 20 işçisindəm cəmi ikisi hələ də eyni şirkətdədir. Digərlərinin harada işlədiyi yəqin ki, sizin üçün maraqlı olar.

Dustin Moskovitz

Facebookun ilk CTO-su olan Dustin Mark Zuckerbergin otaq yoldaşı idi. Hər ikisi Harvardı tərk edərək facebooku inkişaf etdirmək üçün Kaliforniyaya köçdülər. 2004-2009-cu illər ərzində facebookda çalışan Dustin sonradan ASANA adlı şirkət yaratdı.

Chris Hughes

Chris Hughes facebooku ilk kodlayanlardan biri oldu. 2008-ci ildə facebooku tərk edərək Jumo adlı şirkətin idarə heyətinin sədri oldu.

Eduardo Saverin

Facebookun həmtəsisçisi və ilk CFO-su idi. Sonradan Markı məhkəməyə verdi və ABŞ-ı tərk etdi. Hal-hazırda startuplara investisiya etməklə məşğuldur.

Sean Parker

Facebookun yaradıcı heyətinin ilk sədridir. Parker Spotify və Asana kimi bir neçə texnoloji şirkətlərə investisiya etdi. Hazırda 2.6 milyard dollar sərvəti var. 

Parker həmçinin buzzy video startupı Airtime-ı yaratdı ancaq uğursuz oldu.

Andrew McCollum

McCollum 2004-2006-cı illər arasında facebookda mühəndis kimi çalışıb. Daha sonra VC şirkəti NEA-ya ortaq oldu. Hazırda isə Quilt və JobSpice kimi texnoloji startuplara yatırım edir.

Taner Halıcıoğlu

Türk mühəndis Halıcıoğlu 2004-2009-cu illər ərzində facebookda əməliyyat mühəndisi kimi işlədi. Hazırda UC San Diegoda akademik karyerasına davam edir.

Naomi Gleit

Mark Zuckerbergdən sonra facebookun ən uzunmüddətli çalışan işçisidir. 2005-ci ildən indiyə kimi şirkətdədir. İlk vəzifəsi satış üzrə mütəxəssis idi. Hazırda isə Facebookun İctimaiətlə əlaqələr departamentinin rəhbər müavinidir.

Kevin Colleran

2004-cü ildə Facebook’un Palo Alto’dakı evinde Zuckerberg’lə birlikdə yaşayırdı. Colleran facebookdan ayrılan ən sonuncu ilk işçilərdən biridir. Hazırda VC şirkəti Slow Venturesdə fəaliyyətini davam etdirir.

Gilles Mischler

Michler facebooku tərk etdikdən sonra oyun yaradan şirkət Playdomda işə başladı. Şirkət Disney tərəfindən 700 milyon dollara satın alındıqdan sonra cəmi bir neçə həftə həmin şirkətdə qaldı. Hazırda Dropboxda şəbəkə mühəndisidir.

Scott Marlette

2005-2010-cu illərdə işlədi və facebookun ilk şəkil tətbiqini yaratdı. Facebookdan ayrıldıqdan sonra GoodRx şirkətində işə başladı. 

Aaron Sittig

Facebook şəkillərində dostları tag etmə və bəyən funksiyalarını yaratdı. 2005-ci ildən 2010-cu ilə işlədi və facebookdan ayrıldı. Daha sonra yenidən facebooka qayıtdı və 2012-ci ildə şirkətdən ayrılıb öz şirkətini yaratdı. 

Nick Heyman

Əməliyyat direktoru kimi çalışan Heyman Twitter də daxil olmaqla bir çox texnoloji şirkətlədə işlədi. Bundan başqa o Nuzzel və ShopPad kimi yeni başlayanlara da yatırım edir.

Steve King

Facebookun media satışlarını idarə etdi, Panasonic və Microsoft kimi ilk böyük reklamverənlərdən məsuliyyətli şəxs idi.

Facebookdan sonra King, Satış müdiri köməkçisi kimi LocaModaya qatıldı. Daha sonra Bostonda butik əmlak investisiya şirkəti yaratdı.

Steve Chen

Mühəndis kimi 2005-ci ildə bir neçə ay facebookda çalışdı. Daha sonra youtube-u inkişaf etdirmək üçün facebookdan ayrıldı.  Daha sonra youtube-u 1 milyard dollar qarşılığında google-a satdı və 2011-ci ildə digər bir şirkəti AVOS-u yaratdı. 

Matt Cohler

Facebookun ilk investorlarından biri olan Peter Thiel tərəfindən facebooka gətirildi. Daha öncə Linkendinin qurucularından biri idi. Hazırda isə Benchmarkın ortağıdır.

Ezra Callahan 

Sean Parkerlə otaq yoldaşı idi və Eduardo Saverin CFO vəzifəsindən uzaqlaşdırılmaq üçün gətirilmişdi.

Callahan facebookdan ayrıldıqdan sonra Linkedin profilində heç bir dəyişiklik etmədi amca facebook profilinə əsasən ailəsi ilə birlikdə Kaliforniyada yaşayır. Bir neçə il bundan öncə isə Palm Springs otelinə investisiya etdi.

James Pereira 

Facebookun yeddinci işçisi idi və 3 il sonra şirkətdən ayrıldı. Hazırda Pereira Boy Gorilla Enterprisesda proqramçı kimi işləyir.

Dan Neff

Facebookun 20-ci işçisi kimi şirkətdə cəmi 5 ay işlədi və yeni sayt funksiyalarını yaratmaqda məsulliyətli şəxs idi. Daha sonra Adobe şirkətində fəaliyyətini davam etdirdi.

Mark Zuckerberg

2004-cü ildə Harvard tələbələri ekiz qardaşlardan eşitdiyi facebook ideyasını həyata keçirdi. Hazırda facebookun CE0-su kimi fəaliyyətini davam etdirir. 

Adam D’Angelo

Adam Mark Zuckerberglə sinif yoldaşı idi və sonda Quoranı inkişaf etdirmək üçün facebookdan ayrıldı. Hazırda facebookun qurucusu və CEO-su kimi fəaliyyətinə davam edir.

Qısa müddətdə proqramlaşdırma öyrənmək onu milyarder etdi

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...