Əsas səhifə Texnologiya Facebook hesabını səhifəyə çevirmək

Facebook hesabını səhifəyə çevirmək

701
PAYLAŞ

Facebookda çox insanın izlədiyi bir səhifəyə sahib olmaq bu gün bir çox insanın arzusudur. Ancaq bunun üçün bir qədər zəhmət, səbr və uzun müddət vaxt lazım gəlir. Bildiyiniz kimi profil və səhifə bir-birindən fərqli xüsusiyyətlərə sahibdir. Bu məqalədə yazılanlar xüsusilə fake profil açan şəxslərin daha çox işinə yarayacaq. Qarışıq olmasın deyə bunun izahını verək. Bir çoxumuzun qarşısına çıxan və dost siyahısında insanların çoxluğu ilə diqqət çəkən profildən bəhs edirik. Profil şəkilinə bir qadın rəsmi əlavə edərək kişi istifadəçilərin sayəsində dostluğundakı insanların sayını artırıb 5000-ə çatdırmağı bacaranlar var. Dostluğundakı insanların sayı 5000 olan kimi bu fake profil sahibləri hesablarını səhifəyə çevirərək 5 dəqiqə ərzində 5000 nəfərlik səhifənin sahibi olurlar. Facebook hesabını səhifəyə çevirən zaman dostluğunda olan 5000 insan avtomatik olaraq səhifəni bəyənmiş olurlar. Biz bunu misal kimi göstərdik. Təbii ki siz bu üsulla deyil, öz şəxsi hesabınızı səhifəyə çevirməklə məqsədinizə çata bilərsiniz. Hesabınızı səhifəyə çevirən zaman sizin hesabınızda heç bir dəyişiklik baş vermir və o hesabı əvvəlki qaydada istifadə edirsiniz. Sadəcə olaraq yeni bir səhifə yaranmış olur. Yəni ən azı şəxsi hesabınızdakı dostlarınızın sayı qədər bəyənmə sayı olan bir səhifənin sahibi olursunuz. Şəxsi hesabınızla bağlı heç bir problem baş vermir və əvvəlki qaydada işlətmək mümkündür!

Profili səhifəyə çevirmək üçün daxil olun 

Qarşınıza yuxarıdakı kimi görüntü gələcək. Buradan kateqoriya və səhifəyə vermək istədiyiniz adı verirsiniz. Bundan sonra səhifəni kimlərin bəyənəcəyini seçirsiniz. Bir qədər gözlədikdən sonra artıq sizin səhifəniz hazırdır.