Əsas səhifə Biznes Facebook gəlirinin və xalis mənfətinin artdığını açıqladı

Facebook gəlirinin və xalis mənfətinin artdığını açıqladı

160
Paylaş

Dünyanın ən böyük sosial media şirkəti Facebook, 2017-ci ilin dördüncü rübündə gəlirinin və xalis mənfətinin artdığını açıqlayıb.

“Marja” xəbər verir ki, Facebook, Nyu-York Birjasının bağlanmasının ardından ötən ilin dördüncü rübünə dair balansını açıqlayıb.

Facebook-un xalis mənfəəti ötən ilin oktyabr-dekabr dövründə 19,6 faiz artımla 4,27 milyard dollara çatıb. Əvvəlki ilin eyni dövründə şirkət 3,57 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin 2016-nın dördüncü rübündə bir səhmə xalis mənfəəti 1,21 dollar ikən, 2017-nin son rübündə bu məbləğ 1,44 dollara yüksəlib.

Şirkətin ötən ilin dördüncü rübündə gəliri 47,2 faiz artaraq 12,97 milyard dollara çatıb. Facebook, 2016-nın dördüncü rübündə 8,81 milyard dollar gəlir əldə etdiyini bildirmişdi.

Facebook-un reklamlardan əldə etdiyi gəlir də sözügedən dövrdə 8,63 milyard dollardan 12,78 milyard dollara çataraq 48,1 faiz artım qeyd edib.
Dördüncü rüb reklam gəlirlərinin 89%-i mobil reklamlardan gələrkən, bu nisbət əvvəlki ilin eyni dövründə 84 faiz olmuşdu.

İSTİFADƏÇİ SAYINDA ARTIM

Ötən ilin oktyabr-dekabr dövründə, Facebookun gündəlik və aylıq aktiv istifadəçi sayında da artım görülüb.

Facebook-un gündəlik aktiv istifadəçi sayı 2017-nin dördüncü rübündə orta hesabla 1,4 milyard nəfər olub. Bu 2016-cı ilin eyni dövrünə nisbətən 13,8 faiz yüksəlib.

Facebook-u istifadə edən aylıq aktiv istifadəçi sayı da həmin dövrdə orta hesabla 2,13 milyard nəfərə çataraq illik müqayisədə 14,5%-lik artım göstərib.

Facebook qurucusu və icraçı direktoru Mark Zuckerberg etdiyi açıqlamada, Facebook üzərindən yayılan viral görüntülərdə şirkətin məhdudlaşdırma tətbiq etdiyinə diqqəti çəkərək, “Bu sayədə Facebook-da sərf edilən zamanı gündəlik təxminən 50 milyon saat azaltmış olduq”,-ifadələrini istifadə edib.

Ancaq, istifadəçilərin Facebook-da keçirdikləri zamanın azalması vəziyyətində şirkətin reklam gəlirlərinin azalacağına işarə edən mütəxəssislər, bunun şirkətin 2018-ci ildə gəlirinə və mənfəətinə mənfi təsir edəcəyini vurğulayırlar.

Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda, Facebook-un səhminin qiyməti 177,46 dollara qədər geriləyərək 5% düşüb.

Paylaş