Əsas səhifə Texnologiya Facebook 2017-ci ilin ilk rübündə 3 milyard dollar xalis mənfəət əldə etdi

Facebook 2017-ci ilin ilk rübündə 3 milyard dollar xalis mənfəət əldə etdi

327
PAYLAŞ

2017-ci ilin ilk rürünə olan maliyyə nəticələrini açıqlayan facebook sürətlə böyüməyə davam edir. İlk rübdə 8.03 milyard dollar gəlir və 3 milyard dollar xalis mənfəət əldə edən Facebook aylıq aktiv istifadəçi sayını 1.94 milyarda yüksəldib.

Facebook ötən ilk rübdə 5.38 milyard dollar gəlir, 1.73 milyard dollar xalis mənfəət əldə etmişdi.

Gəlir artımında yavaşlama

Facebook 2016-cı ilin ilk rübü ilə müqayisədə gəlirini artırmış olsa da son rübündə qazandığı gəliri əldə edə bilmədi. Xəbər lentində göstərilə biləcək reklamların üst limitinə çatdığı üçün facebookun gəlir artışı yavaşlayır.

Böyük ehtimalla 2017-ci ilin 2-ci rübündə Facebookun istifadəçi sayı 2 milyardı ötəcək. Ancaq istifadəçi sayı artdıqca facebook saxta xəbərlərlə problemlər yaşayır. Mark Zuckerbergin bildirdiyinə görə şiddətli videoların önünə keçmək və saxta xəbərlərin qarşısını almaq üçün faacebook 3 min yeni işçi cəlb ediləcək.

PAYLAŞ