Əsas səhifə Vakansiya Fərdi və bank sığortası üzrə mütəxəssis

    Fərdi və bank sığortası üzrə mütəxəssis

    95
    Paylaş

    “PAŞA Sığorta” ASC namizədləri Fərdi və bank sığortası üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Vəzifə və Öhdəliklər:

    • Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləmək;
    • Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmətin həyata keçirmək;
    • Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət etmək, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı müvafiq şöbələrə vaxtı-vaxtında təqdim etmək;
    • Sığorta obyektlərinə baxışı həyata keçirmək;
    • Fərdi və bank müştərilərinə xidmət edərək, müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazmaq;
    • Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaratmaq və onlara nəzarət etmək;
    • Hesab fakturalar hazırlamaq;
    • Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işləri həyata keçirmək.

    Bilik və bacarıqlar:

    • Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
    • Azərbaycan və  rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
    • Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi,  sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
    • Ünsiyyətçilik;
    • Dəqiqlik;
    • Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
    • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
    • Komanda ilə işləmək bacarığı;
    • Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı.

    Son müraciət tarixi: 25 iyun, 2018-ci il.

    Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

    Paylaş