Enerji içkisi bazarını yaradan adam: Dietrich Mateschitz

1
1268

Dietrich Mateschitz 1944-cü ildə Avstriyada anadan olub. Uşaq vaxtı valideynləri ayrılıblar. Milyarder iş adamının bir oğlu var ancaq heç bir zaman evlənməyib.

28 yaşında Vyana Biznes Universitetinin Marketinq fakültəsini bitirib. Unilever və Jacobs Coffeedə marketinq işçisi kimi çalışdıqdan sonra şampunları ilə məşhur olan Blendax şirkətinin beynəlxalq marketinq direktoru oldu.

İş ilə əlaqədar olaraq tez-tez səyahət edən Dietrich Taylandda yorğunluğu aradan qaldıran bir içki ilə rastlaşır. Həmin dövrdə bu içki Asiya ölkələrində onsuz da bu özəlliyi sayəsində uğurlu olmuşdu və satılırdı. Ancaq belə bir içkini qlobal bazara çıxarmaq üçün heç kim cəhd etməmişdi.

1984-cü ildə işindən ayrılan Dietrich Taylandda içki şirkətinin sahibi Chaleo ilə 1 milyon dollar sərmayə qoyaraq Red Bull adlı şirkət yaratdılar.

Dietrich 3 il ərzində yalnız planlaşdırma etdi, içkiyə ad qoydu, necə bir qutuda satılacağını təyin etdi. Redbull qanadlandırır sloqanı, markalaşdırılmış qutusu və rəngləri ilə bazara əfsanəvi şəkildə daxil oldu. Birlikdə işlədiyi bazar araşdırması edən şirkətlər insanların Redbulun dadını, qutusunu və rənglərini sevmədiyini söyləsələr də Dietrich öz bildiyini etdi və bazarı olmayan bir içkinin bazarını biz özümüz yaradacağıq deyərək bazara girdi.

Maraqlı tədbirlər keçirdi, ekstrim oyunlarına sponsorluq etməyə başladı və Redbull mədəniyyətini yavaş yavaş qəbul etdirdi.

Bu taktikalar işə yaradı. Hazırda 20 milyard dollarlıq sərvəti ilə Dietrich dünyanın ən varlı insanlarından biridir. Redbulun 2 futbol komandası və 1 formula 1 komandası var. Milyarder həmçinin Ficidə bir adaya və ultra lyuks bir otelə sahibdir. Eyni zamanda flying bulls adlı antik təyyarələr kolleksiyası da var.

1 COMMENT