Əsas səhifə Məqalələr Fərdi inkişaf Emosional zəkanın inkişafı üçün otuz məsləhət

Emosional zəkanın inkişafı üçün otuz məsləhət

132
Paylaş

Emosional zəka nədir? O nəyə lazımdır? Öz və özgələrinin emosiyalarını necə tanımaq olar və onlara necə adekvat reaksiya vermək olar? Bu və digər suallara şəxsi sahədə mütəxəssis öz « Emosionaıl zəkanın inkişafı» kitabında cavab verir. «Alpina Pablişer» nəşriyyatının buraxdığı  bu kitabın biz sizə rus dilinə tərcüməsindən bir neçə fraqmentini  təqdim edirik.

Müsbət düşüncə. Müsbət düşüncə emosional zəkanın əsas hissəsidir. Niyə? Çünki emosional zəka emosiyaların və müsbət, optimistik , konstruktiv  şəkildə vəziyyətlərin, həmçinin  hər hansı emosiyanın müsbət əhəmiyyətini  qəbul edə bilməklə əlaqəlidir.

Mənfi düşüncə isə hadisələrin və emosiyaların mənfi təsfirindən aslıdır. O, emosiyaların və hadisələrin çətin aspektlərinə yönəlib və çox vaxt orda ilişib qalır.  Məsələn, təsəvvür edin ki, həmkarınıza  ertəsi günə planlaşdırılmış hesabatı, təqdimata qədər hazır edəcəyinizə söz vermisiniz. Evə qayıdandan sonra başa düşdünüz ki siz bunu etməyi unutmusuz. Sizin keyfiniz, özünüzü günahkar hiss etdiyiniz üçün pozulur.  Siz özünüzə ümidsiz olduğunuzu deyirsiz.  Səhvinizi qəbul edib və bu vəziyyəti düzəltmək üçün düşünmək yerinə,  siz mənfi düşüncələr içində özünüzü təqsirləndirməklə batırsız :«Mən bunu etməyi niyə unutdum? O bunu mənə birdə xatırlatmalı idi. Niyə son dəqiqə çıxan bütün  iş mənim üstümə çökür?».

Səhvlərlə, çətinliklərlə, məyusluqla birgə yaranan mənfi düşüncələrə qapılsaq ancaq irəliləməkdə çətinlik çəkmək olar. Amma emosional zəkaya sahib olaraq siz çətinlikləri qəbul edib daha sonra onlara müsbət və konstruktiv reaksiya verə bilərsiniz.

Nə fikirləşdiyinizi yaxşı başa düşməyə çalışın. Çox vaxt biz mənfi düşüncələrimizin fərqinə varmırıq. Ən çox nə üçün təlaşa düşdüyünüzü xatırlayın: Səyahət planlaşdırdığınızda necə bir təşvişə düşdüyünüzü, sizin müəyyən öhdəliklərinizin olduğunu, çətinliklə yola getdiyiniz həmkarlarınızı, müştərilərinizi və qohumlarınızı və yaxud xoşlamadığınız bir iş etdiyinizi yada salın. Sizin ağlınıza nə cür mənfi düşüncələr gəlir?

Özünüzdən soruşun:«Bəs müsbət düşüncə nədir?». Artıq mənfi düşüncələr haqqında daha çox bildiyiniz halda siz seçim edə bilərsiniz: onlara bağlanıb davam etmək, yoxsa sizi gümrahlandıran və güc verən müsbət düşüncəyə keçmək. Deyək ki siz özünüzü bir düşüncədə saxladız:« Mən artıq bu soyuqdan və yağışdan boğaza yığılmışam». İyul ayında. Nə vaxtsa bizdə normal yay olacaq?!». Əlbətdə bu şikayət üçün səbəb var. Bu fikirdə nə kostruktiv ola bilər? Bu sizdə hansısa bir günəşli yerə getmək üçün tur əldə etməyə vadar edə bilər, və beləliklə sizin əlinizdə gözləməyə bir şey yaranacaq. Bu artıq yaxşıdır.Pis havadan daimi şikayətlənməkdən isə yaxşı heçnə çıxmır.

«Amma» sözünü əlavə edin. Özünüzü mənfi fikirdə tutduğunuz zaman «amma» sözünü əlavə edin. Bu cümləni müsbət tamamlamağa itələyəcək:«…amma bizim bir neçə yay ayımız qalır- isti havadan zövq almağa bəs edəcək», «…amma mən sabah işə daha tez gəlib hesabatı bitirə bilərəm». Özünüzə müsbət nəticə təsəvvür edin,  fikrinizi bunu edə biləcəyinizə və nəzarət etdiyinizə kökləyin.

Qeyri-şifahi ünsiyyət

Biz hamımız bir birimizə öz ehtiyyaclarımız, hisslərimiz, niyyətlərimiz, üstünlüklərimiz və antipatiyalarımız haqqında məlumat veririk və yalnız sözlərlə deyil görünüşümüzlədə. Əğər insan əsəbi, qorxmuş, təəcüblü baxırsa, nifrət hiss edirsə, sevincli və ya kədərlidirsə, artıq ona hecnə deməyə ehtiyyac yoxdur- hər şey artıq onun üz ifadəsindən görünür

Ama diğər emosiyaları başa düşmək qəliz olur: siz həmişə insanın nə hiss etdiyini üz ifadəsindən anlaya bilməzsiniz.

Əlbətdə ki, siz soruşa bilərsiz, amma  insanın təsuratları və əslində hiss etdikləri- fərqli şeylərdir. İnsanlar həmişə dürüstlüklə öz hissləri barəsində danışmırlar və hər zaman özləridə onları aydın başa düşmürlər. Buna baxmayaraq onlar ipucu verirlər və bunu qeyri-şifahi unsiyyət şəklində edirlər.

Professor Alberta Meyeriabianin araşdırmaları göstərdi ki, emosiyalar və hisslər 7% sözlərlə, 38%- səsin tonuynan, və əslində insanın nə hiss etdiyi 93% qeyri-şifahi şəkildə keçir.

Üz ifadəsi, duruş, jestlər və səs tonu, emosional bezedilib və sizə digər insanın əsl hissləri və niyyətləri haqqında xeyirli və güvənilir məlumatı almaqda ipucu verə bilər.

Bir ipucudan çox axtarın. Yeganə bir üz ifadəsi və yaxud jest sizə jestlərin, duruşun, üz ifadəsinin və insanın səs tonunun  birləşməsi qədər dəqiq ipucu  verməz.Siz qeyri-şifahi siqnalların kombinasiyasini axtarmalısınız.

Konteksti nəzərə almaq-insanın nə hiss etdiyini anlamağa çalışdığı müəyyən bir vəziyyətdir.Məs qeyri-şifahi siqnalların və kontekstin birləşməsi nəticəsində əsl hisslərin, niyyətlərin və ehtiyyacların rəsmi yaranır.

Başqa insana inanmırsız? Kimsə özü haqqında dürüst insan təsəvvürü yaratmadıqda, onun sözləri doğru səslənmədikdə və düz olmadıqda, bu onun dediklərinin qeyri-şifahi siqnallarla üst-üstə düşmədiyində baş verir. Məsəl üçün insanın gülə bilməsinə baxmayaraq digər biri mükafat aldıqda göz təmasının olmaması və yüksək səsi onun əsl hisslərini göstərir baxmayaraq ki, o təbriklərini ətrafa saçır.

Dəyişikliklərə nəzarət edin.  İnsanın emosional dəyişimi onun qeyri-şifahi davranışında üzə vurur. Daxildə nə baş verirsə o xaricədə əks olunur.

İnsanları «saymaq» bacarığınızı məşq etdirin. İnsanların bir- biri ilə barlarda, restoranlarda, kafelərdə, mağazalarda əlaqələrini izləyin , özlərini necə apardıqlarını və bir- birilərinə necə reaksiya verirdiklərini qeyd edin. Onların aralarında baş verənlərdən nə danışdıqlarını və nə hiss etdikdiklərini təsəvvür etməyə çalışın. Film,  müzakirə verlişi və yaxud opera izlədikdə səsini alın və jestlərə, üz ifadələrinə nəzarət edin.Hansı qeyri-şifahi siqnalların birləşməsi, sizdə insanın hansı emosiyalar keçirtdiyi fikrinə salır?

Səbr

Tez-tez bizim hamımızda səbirsizləşmək  üçün  çoxlu səbəblərimiz olur. Növbə tıspağa sürəti ilə irəlləyir. Yada siz hələdə kiminsə sizə vacib məlumatı göndərməyini, məktuba cavab yazmağını və ya kiminsə öz böyük təqdimatını bitirməyini gözləyirsiniz.

Sizin uşaqlarınız isə- onlara bütün əbədiyyat lazımdır ki yığışsınlar! Nə olursa olsun siz hiss edəcəksiniz ki artıq gərginləşməyə, narahat olmağa və əsəbləşməyə başlıyırsınız. Biz başa düşdükdə ki, bizə vacib olan və yaxud istədiyimizi əldə etmək üçün təxmin etdiyimizdən çox gözləməyə ehtiyyac var səbirsizləşirik və başqalarını günahlandırmağa yada işi daha tez necə həll etmək olar haqqında düşünməyə başlayırıq.

Qıcıqlanmağın nümayışı buna səbəb olan qıcıqlanmanın  aradan qaldırılmasına və işin həll yoluna çatmasına köməklik edir,- bu yaxşıdır, amma düşmən tonundan uzaq durmaq şərti ilə.Əks halda ətrafdakıların özünümüdafiə etməsinə məcbur edəcəksiniz. Siz elə bir stress keçirirsiniz ki, siz aydın düşünə bilmirsiniz, qərar verə bilmirsiniz harda gözləmək lazımdır, harda isə prossesi tezləşdirmək, hərəkətin yönünü dəyişməlisiniz yoxsa  umumiyyətlə təslim olmalısınız, bu zaman səbirsizlik sizə qarşı çalışmağa başlayır. Səbr isə, sizə geri addım atmağa imkan yaradır, qıcıqlandırıcı vəziyyətdə sakit olub düşünməyi, fikrinizi cəmləməyi,  təlaş və qıcıqlanma içində heçnə etməməyə köməklik göstərir. Səbr nə zaman hərəkət etmək lazım olduğunu göstərərək, sizə gözləməyə və nəzarət etməyə güc verir.

Fiziki hisslərinizi müəyyənləşdirməyi öyrənin- fikrinzdə kiminsə yavaşladığını düşündükdə sizdə gərginlik və narahatçılıq hissi yaranır.  Siz necə həyacanlandığınızı, qıcıqlandığınızı və sabitlikdək çıxıdığınızı hiss edirsiniz?

Öz səbirsizliyinizi hər şeyin pis olduğunu və yavaş getdiyi fikriynən tərbiyyə etməkdən əl çəkin. Ondansa özünüzə deyin:« Bu biraz narahatdı, ama dözməlidir. Mən tamamiylə bununla bacararam».  Hər şeyi tezləşdirmək lazım olarsa siz fikrinizi aydın saxlamalısınız ki,  daha yaxşı seçimlər tapa biləsiniz.

Səbrinizi məşq etdirin.  Uzun və asta tərpənən bir növbə zənciri tapın və orda növbəyə durun. Bu məqsəd üçün yol tıxacı, supermarketdə, bankda və ya poçtda növbələrdən istifadə edə bilərsiniz. Qıcıqlanmaq yerinə özünüzə deyin ki:« Mən sakit gözləyəcəm». Ətrafa baxın, hər şeyi incələyin, nəzarət edin. Özünüzü sakitmiş  kimi aparın. Səbirli görünməklə çox vaxt özünüzü elə hiss edə bilərsiniz.

Gözləmək gərəkdiyində başınızı qatın. Növbə zamanı,uçuş gecikdikdə və yaxud insanlar gecikəndə beyninizi  bir şeynən məşğul etməyi öyrənin.Əgər siz fikrinizi dağıtsanız vaxtınızı necəsə doldursanız, bu zaman siz hiss edəcəksiniz ki vəziyyəti nəzarətə alırsınız. Oxuyun. SMS yazın və yaxud dostunuza zəng edin. Musiqi və yaxud radio dinliyin.

Digərlərinə qarşı səbirli olun. Bəzi insanlar var sizdən fərqli olaraq hər şeyi yavaş edirlər yada yavaş danışırlar. Özünüzə xatırladın ki, sizin səbirsizliyiniz onları tələsməyə məcbur etməyəcək, əksinə aydın düşünməklərinə tez və kompentet hərəkət etməklərinə mane olacaq.  Səbirsizliyinizlə onları stresse sala bilərsiz.

« Özünüzü sanki eledir kimi aparın»

Hər hansı emosiyanı hiss etmək üçün özümüzü məcbur edə bilərik mi? Məsələn özümüzü xoşbəxt, ehtiraslı, motivə olmuş, əmin  hiss edə bilərik? Bəli, olar. Əğər özünüzü sanki eləymiş kimi aparsanız.

Emosiyanın üç əsas tərkibi var : fikirlər, davranış və  fiziki hiss. Bunlardan hər biri digərini tətikləyə bilər. Bu o deməkdir ki, sizin fikirləriniz sizin davranışınıza və fiziki sağlamlığınıza təsir göstərə bilər. Eynən belə sizin davranışınız düşüncənizə və hisslərinizə təsir göstərə bilər.

Siz bu nümunəni bir üstünlük olaraq istifadə edə bilərsiniz Özünüzü «sanki» nəsə hiss edirsiniz kimi aparın və ve hiss etmək istədiyiniz emosiyaya yaxınlaşmağa çalışın. İllüstrator-frilanser Cen deyib:«Mən bilirəm ki, özümüzü necəsə hiss etmək” nadirən alınır o vaxta kimi ki, həqiqətən nəsə etməsən. Mən özümü elə hiss etməsəmdə, o hisslərdən keçirəm, mən başlayıram və hələ heçnəyi dərk etmədən rəsim çəkməkdə özümü itirirəm. Bax başlamağa məni həvəsləndirən bu olur- mən bilirəm ki başlayan kimi mən özümü hiss etmək istədiyim kimi hiss edəcəm».

İsak Nyutonun araşdırması nəticəsində məlum olub ki,  yerində duran obyektlər istirahətsizlik inertiyasinda, hərəkətdə olan obyektlər isə  hərəkətsizlik inertiyasında olurlar. Bu eyniylə düşən almalar kimi hisslərədə aiddir! Siz özünüzü «sanki» nəsə hiss edirmiş  kimi apardıqda, siz  fiziki hərəkət yaradırsınız, bu isə öz növbəsində bu fiziki hərəkətə uygün fikirlər yaradır.

Müsbət hərəkətlərə gündə cəmi beş dəqiqə vaxt ayırın. Nə hiss etmək istəməyinizdən aslı olmayaraq əslində o hissi keçirsəniz özünüzü necə aparacağınız haqqında düşünün. Nə hiss edərdiniz, nə fikirləşərdiniz, nə edərdiniz?

Təsəvvür edin ki siz sixıcı bir iclasda yada ki təqdimatda darıxırsınız. Özünüzü necə məcbur edə bilərsiniz ki bu işə qarşı  maraq oyandırasınız və işə başlaya bilərsiniz?  Sizə həqiqətən maraqlı olduqda etdiyiniz şeyləri edin: qeydlər aparın, suallar verin, maraqlanan üz ifadəsi alın, digərlərinin fikrini soruşun, onların digər suallar haqqında nə deyəcəyi barəsində düşünün.

İlk növbədə nə edəcəyinizə qərar verin. Beyninizin bu fikrə qarşı çıxmasına imkan vermədən dərhal və düşünmədən bunu icra edin. Siz artıq nəsə etməyə başlayandan sonra davam etmək daha asand  olacaq. Bir hərəkər edin və artıq digərləri ondan qaynaqlanacaq.

Kiminləsə qəliz bir danışıq aparmalısınız? İlk ifadəni tapın və dərhal danışmağa başlayın.  Söhbət sırf bu ifadədən başlayacaq- o, yaxşıda keçə bilər pisdə, lakin siz buna baxmayaraq söhbət etməyə açıq olacaqsınız.  Keyfinizi qaldırıb özünüzü xoşbəxt hiss etmək istəyirsiniz? Gülümsəyin, xoşladığınız musiqini dinləyin, etmək istədiyinizi edin.

Əks əlaqənin müsbət tərəfini yadda saxlıyın.  Əgər siz özünüzü «sanki» eləymiş kimi aparsanız bütün müsbət təsir sizin gələcək düşüncənizə və hərəkətlərinizə təsir göstərəcək. Hərəkət etmək üçün fikirlərinizin və hisslərinizin dəyişməyini gözləməyin.  Vaxt keçdikdən sonra müəyyən vəziyyətlərdə hiss etmək istədikləriniz artıq təbii yolla baş verəcək.

Bunu yoxlayın- hər hansı gözlənti üçün yox, sadəcə bunu hiss etmək üçün.

Hisslərinizə qulaq verin

Başa düşmək lazımdır ki qulaq asmaq passiv yox aktiv prosesdir. Digərinin nə dəmək istədiyini anlamaq üçün onu çox diqqətlə dinləməlisiniz.  Söhbət emosional zəkadan getdikdə isə siz digərinin öz fikirlərindən, işlərindən və niyyətindən danışdıqda, onun hisslərinədə qulaq verməlisiniz.

Məsələn, təsəvvür edin ki dostunuz müdirinin özünü yaxşı aparmadığı haqqında üzün bir hekayə danışır. Əgər siz ona diqqətlə qulaq asırsınızsa, bu cavabı verə bilərsiniz:« Sənin danışdıqlarından elə çıxır ki o səninlə lağ edir. Mənə elə gəlir ki o daima səni sarsıdır».

Dostun cavab verə bilər ki:« Bəli sən haqlısan, o mənimlə lağ edir həm də tez-tez!». Yada ki , o öz fikirlərinə və hisslərinə aydınlıq gətirərək cavab verə bilər:« Lağ edir? Ondan da betər- mən dəhşət içindəydim! Mən elə hiss edirəm ki , o, meni sarsıdır»

Hər halda digər insanı dinlədikdə və onun hiss etdiklərini anlamağa çalışdıqda, siz baş verənləri onun gözü ilə görməyə çalışırsınız. Siz empati qurursunuz.

Sizə deyilənləri başa düşdüyünüzü təsdiq edin. Emosionnalığın yüksək olduğu hallarda siz dolaşa bilərsiniz. Bəzən söhbətin qismən bir hissəsini təkrar etmək xeyirlidir: « Mən düzgün başa düşürəm…» ya: «Dəqiqləşdirmək olar mı…». Bu arada elə bir vərdiş yaradın ki, sanki deyilənləri təkrar etməyə çalışacaqsınız( kimdənsə tapşırıq aldıqda etdiyiniz kimi). Bu dinləmə zamanı fikrinizin cəmlənməsində əla köməklik göstərəcək.

Dinliyin və izliyin.  Şifahi və qeyri şifahi ünsiyyətin əlaqəsini unutmayın.  Hər zaman onlar eyni şeydən «behs edirlər» mi? Həmsöhbətinizdən soruşun: « Siz başa düşdüyünüzü deyirsiniz lakin əmin görünmürsüz. Deyə bilərsiniz mi bu barədə nə hiss edirsiniz?».

Açıq cavablar tələb edən suallar verin. Nə qədər tez-tez siz insanlara onların hissləri haqqında  «hə» yada «yox» deyə biləcəyi suallar verirsiniz, məsəl üçün: « Bu sizin üçün normaldır?», «Siz hevislənmisiniz?», «İndi siz razısınız?». Bu qapalı suallar yalnız iki cavab vermə ehtimalını yaradır-«hə» yada «yox», bu səbəbdən o çox güman ki, öz hissləri haqqında heçnə deməyəcək. Ondansa daha açıq cavab tələb edən suallar verin, məsələn: «Siz bununla bağlı özünüzü necə hiss edirsiniz?».

Dostunuzla hisslərinizə qulaq verməyi məşq edin.İkinizdən biri, iki dəqiqə növbəti mövzuların birindən danışır:

– nə  vaxtsa onlarda olan ən pis və yaxud ən yaxşı işdən;

-nə vaxtsa onlarda olan ən pis və yaxud ən yaxşı bayramdan.

Danışan söhbəti bitirdikdən sonra, dinləyən danışılanları öz sözləri ilə yekünlaşdırıb, sözü gedən söhbəti təkrar edib, hekayənin əsas məqamlarını qeyd edib yaranan hisslərini deməlidir.

Özgəsinin qəzəbi

Neçə dəfə qəzəbli insanla iş görmüsünüz? Ola bilər ki, işinizdə sifarşçi yada müştəri xidmətdən narazı qalıb  yada satıcı gecikmiş ödənişdən məyyus olub. Ola bilər ki, dostunuz ona düzgün məlumat vermədiyiniz üçün sizə qəzəblənib. Yada söz verdiyinizi şeyi  yerinə yetirmədyiniz üçün yoldaşınız sizə hiddətlənib.

İnsanların gözləntiləri ilə hesabları həqiqətlə üst -ütsə düşmədikdə əsəbləşirlər. Əgər onlar bunu mənfi hadisə kimi qəbul etsələr o zaman özlərini aldadılmış, təhqir edilmiş  və sanki onları təhdid  edirmiş və onlara hücum çəkirmiş kimi hiss edəcəklər. Onlara elə gələcək ki, diqqət görmürlər , ələ salınırlar,  onlara yalan danışırlar, utandırmağa çalışırlar və qəsdən aldadırlar.

Beyinin bir hissəsində daha güclü emosiyaların hərəkətlənməsi, rasional, məntiqi düşüncə hissəsinə cavab verən hissəsindən fərqlənir. Beləliklə insan qəzəblənəndə məntiqlə düşünə bilmir, çünki qəzəb rasional düşüncəni söndürür. Elə gəlir ki belə bir insanın ətrafənda gözlənilmədən, aşılmaz bir divar yüksəldi.

Öz hisslərimizi idarə etmək qəliz olur amma ətrafdakıların qəzəbinə emosional reaksiyanın qarşısını almaq olar.

Dinləyin. Qəzəblənmiş insana içindəki əsəbi çıxartmaq lazımdır, bu səbəbdən o susana kimi onunla mübahisə etməyin. Sözünü kəsmədən dinləyin,çünki sizin etirazınız onu biraz da hiddətləndirəcək.

Aydın şəkildə insanın nəyə əsəbləşdiyini təsəvvür edin.  Əgər sizin hər hansı  şüpheniz varsa bir daha soruşun, məsəl üçün: « Sən dügün park etmədiyimiz üçün cərimələndiyimizə yoxsa mənim bura park etmək təklifimə əsəbləşmisən?». Bu anda siz sadəcə əmin olmaq istəyirsiniz ki vəziyyəti düzgün başa düşmüsünüz.

Həmsöhbətinizin nə gözlədiyini dəqiqləşdirin.  İndi və yaxud başqa bir zaman belə bir vəziyyətdə nəyin olmasını istədiyini ondan soruşun.

Sakit qalın, asta danışın, təhdid etməyin, döyüşcü pozu almayın.  Özünüzü necə hiss etdiyinizi və vəziyyəti necə gördüyünüzü təyin edin. Siz digər şəxsin baxış bucaqıynan və gözləntiləri ilə razılaşmaya bilərsiniz.  Amma razılaşada bilərsiniz. Əgər qəzəbi sizə qarşıdırsa üzür istəyin və hər şeyi düzəldə biləcəyinizi təklif edin.

Yalnız öz hərəkətlərinizə cavabdeh olun. Siz digərlərinin nə hərəktlərinə nədə duyğularına cavabdeh olmamalısınız. Siz onları əsəbləşməyə «məcbur» etməmisiniz. Onların sizə, başqasına görə yada hər hansı bir şey üçün əsəbləşdikləri və məyyus olduqları üçün günahkar deyilsiniz. Onlar öz hisslərini və reaksiyalarını idarə etməyi öyrənməlidirlər.

Gedin.  Hiddəti sizi çaşqınlığa salan, sizi təhqir və təhdid edən insanın yanında qalmayın. Deyin ki: «Mən bilirəm sən əsəbisən, lakin mən çaşqınam və mən qorxuram». Əğər siz əsəbləşən insanın sizi təhdid etdiyini düşünürsünüzsə hiss etdiklərinizə inanın. Özünüzü təhlükəsizlikdə hiss etmirsinizsə və vəziyyəti düzəltmək üçün çox üzgünsünüzsə o zaman gedin.

Düzgün tənqid

Son dəfə kimi tənqid etdiyinizi yada salın. Və sizin tənqidiniz necə işə yaradı? Hər kəsə, özünü necə apardığı, necə hərəkət etdiyi, göründüyü yada düzgün danışmadığı barədə tənqid eşidəndə, xoş olmur, amma siz  tənqidin heç kimin xoşuna gəlmədiyi üçün onnan imtina etməməlisiniz.

Tənqid o zaman ədalətli olar ki, onun yönəldiyi insan ya nəsə edə bilməyib, ya pis edib ya düzgün etməyib. Tənqid digər insanın hərəkətinin müsbət dəyişikliklərə gətirən faydalı tərs əlaqəli-reaksiya yarada bilər.

Əğər siz susaraq tənqid etməməyə çalışırsınızsa bu zaman sizin bastırmağa çalışdığınız qıcıqlanmanız və qaçılmaz məyussluğunuz böyüyərək partlayışa gətirib çıxara bilər.  Bu isə emosional zəkanın tələb etdi şey deyil.

Digər insanların xətrinə dəymədən və qəzəbləndirmədən tənqid etmək mümkündür mü? Tənqid dilini istifadə etmək- bu tam düzgün konstruktiv yanaşma deyil. Çalışın insanının necə sehv etdiyindən yox, necə dügün edə bilərmiş ondan danışın. Çox vaxt yaxşı qəbul edilməyən tənqid yerinə, daha müsbət təklif irəli sürün.

İlk öncə düşünün. Demədən daha öncə insanın hansı hərəkətlərinin sizə problem yaratdığına qərar verin. Sonra hər şeyi necə düzəldə bilərsiniz onu düşünün. Problem məs sizdə baş verib-həll yolu nədədir? Öz tənqidinizi sadəcə digər insanın üstünə tökməyin, yaxşılaşdırmaq və düzəliş etmək üçün təklif irəli sürün.

«Mənim təsdiqimi almadan, siz işi etmək üçün tələsdiniz. Bu düzgün deyil, bu mənim istədiyim deyil. Siz hər şeyi düzgün etmədiniz»-Məsəl üçün, belə tənqidlər üzərində düşünün.

Konstruktiv tənqid nəyisə dəyişdirə bilməyi və yaxşılaşdıra bilməyi özündə əks etdirməlidir. Yaxşı olardı ki belə deyəsiniz:«Mən görürəm ki siz işlə başa çıxa bilmisiniz. Amma mənə lazımdır ki siz bir iki şeyı dəyişdirəsiniz». Və dəqiqliklə nəyi dəyişdirmək lazım olduğunu qeyd edin.

Sözləri diqqətlə seçin.  Düzgün sözlər böyük əhəmiyyat daşıyırlar. Həmkarınıza onun «diqqətsiz» olduğunu deməkdənsə «daha diqqətli olmağı» deyə bilərsiniz və nəyə görə olduğunu izzah eləməlisiniz.  Əgər siz: «Daha yaxşı olardı, əgər…», yada « Burda, ən yaxşısı belə etmək lazımdır…» desəniz, bu tənqidin müsbət qarşılanmasına köməklik göstərəcək.

Günahlandırmayın.  Başqa insana: « Siz bunu etdiniz, siz onu etdiniz» deməyin.  Ən yaxşısı «mən» əvəzliyindən başlıyın. Məsəl üçün: «sizə lazımdır» sözlərinin yerinə «Mən istəyərdim ki, siz…» sözlərindən istifadə edin.  Başqa insanlara öz hissləriniz haqqında danışmaqdan çəkinməyin: «O zaman, mən üzgün idim/ çaşqın idim/ əsəbi idim…», amma çalışın sarkastik, düşmən və tabe edici tonnan uzaq durun. Sakit danışın, neytral tonnan. Bu böyük əhəmiyyət daşıya bilər. Hətda əğər digər insan sizin qəzəbinizi yada sarkazmınızı haqq edirsə belə tənqid sizə kömək olmayacaq.  Əgər siz yenədə bu üsula əl atacaqsınızsa, tənqid edilənin müsbət reaksiyasını gözləməyin.

Paylaş