Əsas səhifə Biz+ Emin Ağalarov: “17 yaşımda artıq mənim yaxşı pul gətirən şəxsi biznesim var...

Emin Ağalarov: “17 yaşımda artıq mənim yaxşı pul gətirən şəxsi biznesim var idi”

2585
PAYLAŞ

Emin Ağalarov səmimi əlsıxmaya, aydın gülümsəməyə malik insandır. O, verilən sualları nəsə gizləməyə ehtiyacı olmayan insanlar kimi ani və mahiyyətinə uyğun cavablandırır. Uğursuz alınan canlı ifanın fonoqram altında ifa etməkdən daha yaxşı olduğuna və səmimiyyətin insanlar arasında münasibətlərin qurulmasının əsası olduğuna əmindir.

emin ağalarov

Əbədi müzakirə olunan bir mövzu mövcuddur- pulu necə qazanmaq olar, necə varlanmaq olar? Amma digər bir mövzu da var- qazandığın pulu xöşbəxtliyə necə çevirmək olar? Məlumdur ki, bunu heç də hamı bacarmır. Adı Forbes jurnalının ilk yüzlüyünə düşmüş biznesmen Araz Ağalarovun oğlu üçün hədəf əvvəlcədən çox yüksəkdə qoyulmuşdu.

– Emin, siz ailənizə məxsus böyük şirkətin vitse prezidentisiniz, maliyyə-iqtisad təhsili almısınız. Necə oldu ki, musiqi ilə professional olaraq məşğul olmağa başladınız- konsertlər, kliplər, qastrollar?

– Musiqi mənim həyatıma biznesdən daha əvvəl daxil olmuşdur, yəni bu mənim 12 yaşımdan bəri olan arzum idi. Mövqeyim əvvəldən müəyyənləşdirilmişdi- atam biznesmen və geniş miqyasda hörmət olunan insan idi. Müstəqil olmaq, onun hörmətini qazanmaq, öz ayaqlarım üzərində durmaq istəyirdim. Və elə o an özüm üçün intuitiv olaraq qərara aldım ki, bunları etmədən musiqi ilə məşğul olmağa mənəvi hüququm yoxdur. Bu səbəblə 15 yaşımda “Tvoy Dom” mağazasının analoqu olan K-Mart-da satıcı işləməyə başladım. Saathesabı 5 dollar 50 sentə işləyirdim. 17 yaşımda isə artıq mənim yaxşı pul gətirən şəxsi biznesim var idi.

– Bu nə biznesi idi?

– O zaman mən Amerikada, Nyu Cersidə yaşayırdım, məktəbi yenicə bitirimişdim və Rusiya istehsalı olan malların- saat, mücrü, matryoşka, eləcə də, müasir mədəniyyət əşyalarının ticarəti ilə məşğul olurdum. Bu e’bay sahəsində bir növ partlayış idi və mən ən böyük hərracdarlardan birinə çevrildim.

– Deməli siz öz ilk biznesinizi atanızın köməyi olmadan sərbəst qurmusunuz?

– Əlbəttə, atam o zaman e’bayın nə olduğunun ümumiyyətlə anlamırdı. Bu 1998-ci il idi, yeniyetmə olsam da dövriyyəmin aylıq 40 min dollara çatdığı vaxtlar olurdu. Bunun 20 min dolları isə xalis gəlirim idi. Təsəvvür edirsiniz, nə istəyirsənsə edə bilərsən, misal üçün maşın ala bilərsən. Mən heç zaman pulu havaya sovurmamışam, bütün vəsaitimi əmtəəyə qoyurdum, həmin saat və matryoşkalar mənə artıq konteynerlərlə gəlirdi.

– Bütün bunlar yaxşı satılırdı?

emin ağalarov

– Bəli, əla satılırdı. Mən ABŞ-da maliyyə, iqtisad, biznes, menecment sahəsində ali təhsil aldım. O vaxtlar mənə elə gəlirdi ki, Moskvaya qayıdanda artıq atamla dost kimi eyni-hüquqlu ünsiyyətdə ola biləcəm.

– Siz yeganə oğulsunuz?

– Mənim bir bacım da var, Ancaq təəssüf ki mən yeganə oğulam.

– Niyə təəssüflənirsiz?

– Çünki qardaşlarım olsaydı mənim musiqiyə ayırmağa daha çox vaxtım qalardı (gülür).

– Belə çıxır ki, pul qazanmaqçün ən əsas motivasiyanız musiqi olmuşdur?

– Mən müstəqil olmaq istəyirdim. Atamla münasibətlərimiz elə qurulmuşdu ki, o demək olar ki heç vaxt mənə cib xərcliyi verməzdi. Hətta dərs kitablarımı almaq üçün mən özüm yaxınlaşıb ondan pul verməsini xahiş etməli idim. Mən isə xahiş etməyi sevən insan deyiləm, 15 yaşımda verdiyim qərarla buna məqsədli olaraq son qoymuşam və bugünədək həmin sözümə sadiqəm.

– Siz imkanlı, hörmətli ailədə böyümüsünüz. Yəqin ki, sizi “qızıl uşaq” adlandırmaq olar.

– Əslində adlandırmaq olmaz. Ömrümün ilk 12 ili Sovet dövrünə təsadüf edib. Onda incəsənət aləminin, imtiyazlı yaradıcı elitanın övladları “qızıl uşaqlar” sayılırdılar. Mənim atamsa təzəcə oxuyub qurtarmışdı, ETİ-də kiçik elmi əməkdaş işləyərək, disertasiya müdafiə edirdi. Yəni özümdə heç bir imtiyaz hiss etmirdim.

Maraqlı ola bilər: Araz Ağalarovun Time To Eat jurnalına müsahibəsi

Atam biznesə başlayanda isə məni dərhal xaricə- olduqca qapalı isveç məktəbinə göndərdilər. Otağımı özüm yığışdırırdım, səhər saat 8 də- kostyum, qalstuk. Hər şey çox ciddi cədvələ uyğun aparılırdı- gecikdim, deməli qəlyanaltısız qalacam. Atam məktəbimi zarafatla “Gestapo” adlandırırdı və istəyirdi ki, orda məni adam etsinlər. Sonra isə məni ABŞ-a özəl olmayan, ümumi təhsil verən adi məktəbə göndərdi. Əvvəlcə ora velosipeddə gedirdim, sonralar özümə moped aldım.

– İndi atanızla tərəfdaşsızınız?

emin ağalarov

– Əlbəttə mən başa düşürəm ailəmizdə ata kimdir, oğul kim, ancaq atam mümkün olduğu qədər mənə onunla bərabər hüquqlarda danışmağa imkan yaradır. Biznesimizi ayırmışıq, mən öz layihələrimlə məşğulam, o isə özününkülərlə.

– Bəs biznesiniz necə bölüşdürülüb? Bütün Krokus sizin tabeçiliyinizdədir?

– Xeyr, bütün Krokus Araz Ağalarovun tabeçiliyindədir. Mənim əlimdə Krokus Siti Holl, Krokus Siti Moll, Vegas və Vegas Krokus Siti, bütün restoran sektoru, Shore House yaxt klubu, şəhər daşınmaz əmlakı və bütün riteyl (pərakəndə ticarət) cəmləşib. Bünlar bütünlüklə mənim məsuliyyətimdir və atam hətta orada nə baş verdiyindən belə xəbərsizdir. Ara-sıra ona danışıram.

– Hesabatları yalnız Direktorlar Şurasına təqdim edirsiniz?

– Bizdə Direktorlar Şurası yoxdur, çünki şirkət özəldir, yalnız bir təsisçi və rəhbər var və biz onun qarşısında hesabat veririk. Ayrıca istiqamətlər üzrə rəhbərlər var və mən də onlardan biriyəm.

– Emin, Krokus Siti Holl-da çıxış edəndə sizdə hansı hisslər yaranır? Axı bura sizin öz konsert zalınızdır.

– Bilirsinizmi, ilk üç ildə Krokus Siti Holl-da bir dənə də konsertim olmadı, mən digər meydançalarada işləyirdim. Təbiidir ki, atam acıqlanırdı, soruşurdu ki- bu necə ola bilər? Mən öz konsert zalımda qətiyyən çıxış etmək istəmirdim.

– Nə səbəbə? Daxili sərhəd var idi?

emin ağalarov

– Bəli, iş burasındadır ki, mən menecment və idarəetmə ilə Siti Holl-un komandasıyla birgə məşğul oluram. Biz onlarla birgə işləyərək hansı artistin bizə lazım olub, olmadığını müəyyənləşdiririk. Yəni sən artıq bu işlərin yanlış tərəflərini, səhnə arxasını bilirsən və birdən özün də həmin artistə çevrilirsən, bu dəfə komandan səninlə məşğul olmalıdır. Bu mənə çox qəribə gəlirdi və özümü bu rolda narahat hiss edirdim. Digər tərəfdən Moskvada 7 minlik zalı doldura biləcəyimə şübhəm var idi.  Həqiqətən də, çox böyük məsuliyyət və risk idi. Ehtiyatlılıq məqsədilə əvvəlcə ancaq parterdə olan 2800 yeri satışa çıxardıq. Konsertə 3 ay qalmış bütün yerlər alınmışdı. Bu mənimçün xoş sürpriz oldu və o vaxtdan həmin konsert hər il doğum günüm ərəfəsində baş tutan ənənəyə çevrildi. Doğum günüm -12 dekabr Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım günü olduğundan, çıxışlarımı bir gün əvvələ salıram.

– Maraqlıdır, sizi ifaçılardan kiməsə oxşadırlar?

– Today Show da iştirak edəndə məni nədənsə “Rusiyanın Riki Martini” adlandırdılar, BBC bir dəfə məni Rusiyadan olduğuma işarə etməkçün, Maykl Buble əvəzinə “Maykl Bublyovskiy” deyə anons etmişdi. Sonuncu oxşatma “Azərbaycanın Elvis Preslisi” idi. Elvisi çox sevirəm, Buble-ni də eləcə. Riki Martinlə isə World Music Award-ın mükafatlandırma mərasimində olarkən təzəliklə tanış olmuşam.

– Sizin musiqi sahəsində neçə mükafatınız var?

– World Music Award-da verilən “Azərbaycandan olan ən yaxşı artist” mükafatı yeganə mükafatımdır (gülür)! Evə qayıdanda Maykl Ceksonun fanatı olan oğlum mənə dedi ki- Ata bilirsən Mayklın 120 mükafatı var, səninsə cəmi bircə dənə. Deməli, mən hələ də, nə üçünsə çalışmalıyam.

– Atanızın sizə öyrətdiyi və sizin də övladlarınıza öyrətməyi vacib bildiyiniz nəsə var?

– Atam heç zaman mənə dərs verməyib. O sadəcə susardı və bu mənimçün ən qorxunc idi (gülür). Susurdusa deməli nəsə qaydasında deyil. Mənim fikrimcə valideyinlərin nə dedikləri deyil, nə elədikləri vacibdir. Valideyinlərin nümunəsi əsasdır. Övladlarıma- səmimilik, insaniyyət, insanlara qarşı diqqətli olmaq kimi vacib insani keyfiyyətləri yeritmək istəyirəm. İmkanlı ailələrin uşaqları öz əmək haqqlarına görə onlara qayğı göstərmək məcburiyyətində olan personalın, dayələrin, mühafizəçilərin yanında böyüdüklərindən, həyatın reallıqlarından kənarda qalırlar. Övladlarımın belə halla qarşılaşmasını istəməzdim, mənim nəzərimdə insanlıq həyatda hər şeyin açarıdır.

– Emin necə düşünürsüz, həyatda sizinçün ən çətin problem nə olub?

– Musiqi, ilk albom, ilk konsertim. Araz Ağalarov və Krokusun şöhrətinə görə Rusiyada mənə olan münasibət qeyri-obyektiv idi. Bütün qeyri- obyektivlikləri, önyarqıları yarıb keçmək, “oxumaq” və ürəklərə yol tapmaq asan olmadı. Mənə elə gəlir ki, mən musiqi karyeramın başlaması ilə birgə böyüməyə başlamışam. Çoxlu musiqi bəstələyirəm, musiqilərimə əslində demək istədiklərimi həkk elətdirirəm.

– Musiqi bəstələyə bildiyinizi necə anladınız?

– Təsadüfən. Presliyə çoxlu qulaq asırdım, mahnıların mətnini sətirbəsətir tərcümə edirdim və gördüm ki, özüm də mətn yaza bilirəm. Dilimdə hansısa məşhurlara aid olduğunu hesab etdiyim musiqilər firlanırdı, sonradan başa düşdüm ki, xeyir bunlar mənim öz musiqilərimdir.

– Bildiyim qədər, musiqiləriniz Qərbdə Rusiyadakından daha çox dinlənir.

– Artıq yox. İlk rus dilli abomumu çıxarmağımla əlaqədar, rus artistlər siyahısına düşdüm. Bu hala qədər dünyanın ən böyük radiostansiyası olan BBC-də 4 sinqlım top-20-yə daxil olmuş, albomum isə “həftənin albomu” elan olunmuşdu. Rusiyada isə məni öz mahnıları ilə əylənən biznesmen kimi qəbul ediridlər.

– Emin siz çox imkanlı insansınız. Pulunuzu daha maraqla nəyə xərcləyirsiniz?

– Yeni layihələrə – biznesi genişləndirməyə, artırmağa yönəlmiş ideyalara. Çəkdiyim kliplər az xərc tutumludur, lazımsız xərcləri sevmirəm- mənim iş kabinetim buna aydın nümunədir, 10 il bundan öncə necə qurulubsa eləcədir. Atam da eynilə- qarajında bahalı Rolls Roysu olmasına baxmayaraq, cəmi 2 dəfə onun sürüb.

– Bəs o nə sürür?

– Mersedes

– Bəs siz?

– Reync Rover. Atamın hədiyyə elədiyi sport maşınlarım da var, ancaq xüsusilə Moskva yollarında onlarla nadir hallarda hərəkət edirəm.

– Nə səbəbə? Bizim yollar rahat deyil?

emin ağalarov

– Mən həmişə sport maşınlar sürən cavanlara rişxəndlə baxmışam, özümə qarşı da belə münasibətin yaranmasını istəməzdim.

– Yəqin ki, sizi dəbdəbəli görünüşlə təəccübləndirmək olmaz. Bəs nə sizdə güclü təəssürat yarada bilər?

– Yəqin ki, insanlar. Mən səmimiyyəti və hərarəti yüksək qiymətləndirirəm. Bəzən şəxsi söhbət əsasında səni xəyal qırıqlığına uğradan çox məşhur adamlar olur. Bəzən isə elə olur ki, ən adi işlərlə məşğul olan sadə adamlar səndə güclü xoş təəssürat yaradır, mən insanlara qarşı olduqca diqqətliyəm.

– Nəyə marağınız var? Eşitdiyimə görə siz boksla məşğulsunuz?

– İkitəkərli, dördtəkərli motosikletlərə, futbola həvəsim var. Uzunmüddətdir ki boksla məşğulam.

– Bəs boksu konsertlərinizlə necə uyğunlaşdıra bilirsiniz? Axı siz həmişə qaydasında görünməlisiniz.

– Mən onsuz da həmişə qaydasındayam (gülür)

– Emin Ağalarov ilk növbədə kimdir? Müğənni yoxsa biznesmen

– Mən bunları bir birindən fərqləndirmirəm, mən sadəcə-Eminəm.

Maraqlı ola bilər: Emin və Araz Ağalarovla müsahibə