Elon Muskın SpaceX şirkətində uğursuzluq

3
750

ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Falcon 9” reket-daşıyıcıdan burxaılmış “Zuma” adlı gizli peyk yanvarın 7-də hesablanan orbitə çatmayıb və okeana düşərək məhv olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri uğursuz raket buraxılışı barədə məlumatlandırılıblar.

Ehtimallara görə, “Zuma” peyki daşıyıcının ikinci hissəsindən vaxtında ayrılmayıb, ya orbitə çatmadan kosmosda partlayıb, ya da okeana düşərək məhv olub.

Hadisənin səbəbi araşdırılır.

3 COMMENTS