Əsas səhifə Məqalələr Fərdi inkişaf Elon Musk metodu: 6 addımda istənilən problemin həlli

Elon Musk metodu: 6 addımda istənilən problemin həlli

410
Paylaş

Elon Musk, bütün dünyada milyonlarla insanın ilham mənbəyinə çevirilib. Qeyri standart düşüncə tərzi, adət etdiyimiz gerçəkliyin şablonlarını sındıran yanaşma, bu gün onu müasir dövrün pərəstış edilən şəxsiyyətinə çevirib.  O, mühəndis, iş adamı, innovativ texnologiyaların təbliğatçısıdir və əsas missiyası bəşər həyatının yaxşılaşmasıdır.

Bu yaxınlarda Rolling Stone jurnalına verdiyi müsahibədə Musk, ona aid olan elmi metoddan bəhs edib, bu metod ona inqilabı irəliləyişlər etməyə kömək edir, istər bu ideyaların yaranması olsun, istər problemin həlli, istər də biznes tapşırıq.

Söhbət ilkin təfəkkür prinsiplərindən və ya hər şeyi ağ kağızdan başlamaqdan gedir, bütün innovasiyaların yaradılmasının və tətbiqinin təməlində bu dayanır. Yanaşma, indiyə qədər mövcud olan standartların, praktikaların və ideyaların təkzibinə əsaslanır.

Məsələn, siz yük maşını yaratmaq istəyirsiniz. “Hal-hazırda bazarda hansı yük maşınlarınnın olması və onları necə təkmilləşdirmək olar” – haqqında düşünmək olmaz. Siz yalnız “A  məntəqəsindən B məntəqəsinə yük daşıya biləcək nəsə yaratmaq istədiyinizi və fizika qanunlarını nəzərə almalısınız qalan hər şey isə, düşünmə və danışıqları üçün bir temadır. Siz optimal həll yolu tapmalısınız, hətta, bu həll adət edilənə çox yaxın olmasa da.

Təəssüf, insan təbiəti belədir ki, biz demək olar, yeni nəyisə dərk etmək gücündə deyilik. Bizim zehnimiz bizə qarşı müqaviət göstərir, hətta həyatımızın adətən edilən qaydalarını qıran faktlar üz-üzə qaldıqda belə zehnimiz bunu qavramaq istəmir.

Elon Muskın elmi yanaşması, istənilən çağırışa (challange) yeni bir gözlə baxmağa icazə verir. Bu 6 addımdan ibarət sadə alqoritm, tərtibatçıya unikal biznes ideyası hazırlamağa, rəssama isə öz yaradıcılığında yeni mərhələyə keçməyə icazə verəcək. Metod universaldır və gündəlik həyatın rutinindən bezmiş və yeniliyə susamış hər bir kəsə kömək edə bilər.

Hər kəsin tapdamış olduğu cığırlardan keçməyi dayandırın, ola bilsin ki, sizin yolunuz sizi ulduzlara qədər aparsın.

Elon Muskin elmi yanaşması

Altı addımdan ibarət alqoritm

1. SUAL VERİN

илон маск, элон маск, бизнес-стратегия, как решать проблемы в бизнесе

“Challange” (çağırış) ilə üz –üzə dayananda həll yolu axtarmayın. Bunun əvəzinə çalışın ki, əsas açar sualı formalaşdıra biləsiniz, elə sual ki, əvvəl onu heç kəs verməyib.

Beləliklə, “Tesla Semi Truck”ı yaradarkən Musk, təfəkkürün ilkin prinsipindən istifadə edib, bu ona məsələnin əsas mahiyyət nüvəsini görməyə imkan verib, təcrübə ilə qazanmış stereotiplərin isə, ona mane olmasına əngəl olur. Bu yanaşma, Elona yaxşı yük maşının ən vacib aspektlərində fokus olmağa icazə verib – o sadəcə digər rəqiblərdən daha yaxşı yük maşını hazırlamağa hədəflənməyib, ən yaxşı yük maşınını hazırlamaq istəyib.

Bu suallar arasında fərqi hiss edin:

  • Yük maşınını necə daha yaxşı etmək olar?
  • Yaxşı yük maşını nə deməkdir? Onun təşkil edən nədir?

Musk özünə ikinci sualı verir, bu isə ona işə sıfırdan (təmiz kağızdan) başlamağa icazə verir və beləliklə, o yeni nəsə yaradır.

2. MÜMKÜN QƏDƏR ÇOX MƏLUMAT TOPLAYIN

илон маск, элон маск, бизнес-стратегия, как решать проблемы в бизнесе

Xeyr, ikinci addım hipotezin hazırlanması deyil. Bu araşdırma etapıdır. Alimlər üçün bu mərhələ eksperimentlərin keçirilməsi ola bilər. İş adamları üçün bu ekspertlərin sorğu-sualı, bu sahədə ixtisaslaşmış ədəbiyyat mütaliəsi, hətta həmin iş sahəsində gerçək iş təcrübəsinin əldə edilməsi ola bilər.

Bu mərhələdə əlləri çirkləndirmək olar, bəzən sözün əsl mənasında. Bu mərhələ haqqında illüstrasiya ola bilər: Məsələn Musk öz məşhur tunel ideyası haqqında düşünərkən, əməkdaşlardan xahiş edib ki, ofisin qarşısındakı avtomobil dayanacağını boşaltsın və çala qazmağa başlayıb. Bu ona prosesin nə qədər zaman tələb edəcəyini başa düşməyə ikan verib. Bu iri layihə üzərində iş belə başlayıb.

3. HIPOTEZLƏR HAZIRLAYIN

илон маск, элон маск, бизнес-стратегия, как решать проблемы в бизнесе

Əldə edilmiş məlumatlar əsasında bir neçə hipotez formalaşdırın və onlardan hər birinə ehtimal faizləri verin

Bəziləri işlərini asanlaşdıraraq, hər birinə 50% verir. Belə olmaz. Siz bütün nüansları nəzərə almalısnnız. Hər bir hipotezin gerçəkləşmə ehtimalını necə ölçməyi anlamalısınız. Bu mərhələyə səthi yanaşma, sizi innovativ həll yollarından çox uzaq bir zonaya aparacaq.

4. NƏTİCƏ ÇIXARIN

илон маск, элон маск, бизнес-стратегия, как решать проблемы в бизнесе

Indi nəticə çıxartmaq vaxtıdır.

Hipotezlərə diqqətlə baxın: onlar düzgündürmü? Aktualdırmı? Onların sizi gözlədiyiniz nəticəyə mütləq çıxarcaqmı? Hansı ehtimalla?

Nə qədər əminsiniz ki, əldə etdiyiniz bütün bu məlumatlardan məhz bu nəticəyə gəlmək olar? Bu məntiqi və optimal həll yolu olmalıdır.

 

5. NƏTİCƏNİ TƏKZİB ETMƏYƏ ÇALIŞIN

илон маск, элон маск, бизнес-стратегия, как решать проблемы в бизнесе

Öz  gəldiyiniz nəticəni təkzib etməyə çalışın. Ya da onu təkzib etməyi başqalarından xahiş edin.

Hətta, özünüzü əmin hiss etmək üçün məlumatınız kifayət qədər olsa da, siz mütləq təkzib üçün müraciət etməlisiniz. Əks halda siz tələyə düşə bilərsiniz – yəni nəticəni təsdiqləyən məlumatları nəzərə alıb, ona qarşı olan arqumentləri isə gözdən qaçırtmış ola bilərsiniz. Yəni, elə məlumatlar ola bilər ki, sizin nəticəni tamamilə gərəksiz edə bilər.

Siz öz baxış bucağınızı qoruya bilərsiniz, amma mütləq öz nəzəriyyənizin zəif tərəflərini görməlisiniz.

6. ƏGƏR HEÇ KƏS SİZİN NƏTİCƏNİ TƏKZİB EDƏ BİLMİRSƏ, ÇOX GÜMAN Kİ, SIZ HƏLL YOLUNU TAPMISINIZ.

илон маск, элон маск, бизнес-стратегия, как решать проблемы в бизнесе

“ Çox güman ki”, kəlməsinə diqqət edin. Bu çox vacibdir.

Həmişə yeni informasiya üçün yer qoyun. Bəzən bir əsrlərlə yer kürəsi haqqında mövcud olan nəzəriyyələri təkzib edirik. Ona görə də, öz gəldiyiniz nəticəni yeganə gerçək həqiqət və ya mütləq bir şey kimi qəbul etməyin. Zaman keçdikcə hər şey dəyişə bilər.

Arzuolunanı gerçəklik əvəzinə qəbul etmək olmaz. Heç zaman əks arqumentləri iqnor etməyin. Maksimum obyektiv olmağa çalışın. Sadəcə sizə belə düşünmək rahatdır deyə, həmin düşüncəni seçməyin. Tənqidi təfəkkürü işə salın.  Onda siz istənilən bir məsələni əvvəllər heç kəsin həll etmədiyi formada həll edə biləcəksiniz.

Və ətrafınızdakı dünya dəyişəcək!

banco.az

Paylaş