Elon Musk keçmişdə 1 dollarla necə yaşayırdı?

Date:

Paylaş:

SpaceX və Teslanın CEO-su Elon Musk hazırda təxmini olaraq 16 milyard dollarlıq bir sərvətin sahibidir.

İlk şirkəti Zip2-i 28 yaşında satıb milyonçu olmazdan əvvəl isə Musk gündə 1 dollarla yaşamağa çalışırdı.

Həmin zamanlarda yaşadıqlarını StarTalk radiosunda danışan Musk, təşəbbüskar bir ruha sahib ola bilmək üçün demək olar ki, sosis və portağaldan başqa heç bir şey yemirdi. Bəli ola bilər ki, yoxsulluq səviyyəsindən bir qədər yüksək menuyudur ancaq yenə də bu günkü şərtlərlə müqayisədə arada çox böyük bir fərq var.

Musk Ontariodakı Queens Universitetində ilk təhsil aldığı illərdə insanların gələcək həyatının internet, enerji və kosmos kəşfləri ilə daha sıx bağlı olacağını düşünürdü. Digər tələbələr iş haqqında düşündüyü zamanda Musk Amerikaya getməyi və orada dünyanı dəyişdirə biləcək fikirlərini həyata keçirməyi fikirləşirdi.

Musk “Amerikada sağ qalmaq çox asandır. Bu səbəblə yaşamaq üçün ehtiyacım ola biləcək qidaları da ən aşağı səviyyədə saxlayırdım. Ucuz bir evdə, kompyuterlə, aclıqdan ölmədən yaşaya biləcəyimi başa düşmüşdüm” deyir.

Musk həmin dövrdə cəmi 30 dollarla bir ayı keçirə bilirdi. Bununla da xərcləmədiyi pulları yığaraq arzularını həyata keçirirdi. Hazırda isə milyarder həmin dövrdə edə bilmədiyi hər şeyi edə bilər.

Elon Musk kimdir?

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...