Əsas səhifə Fərdi inkişaf Elon Musk bizə nələr öyrədə bilər?

Elon Musk bizə nələr öyrədə bilər?

179

Tarix hər zaman cəsur qərarlar alıb, arxasında duranları xatırlayır. Bu gün biz texnologiya mövzusunda cəsur hərəkət edən 21-ci əsrin ən həyəcan verici “Tesla” və “Space X” ilə kosmik səyahəti reallığa çevirən amerikalı investor Elon Muskdan bəhs edəcəyik.

Tıxac problemini həll etməyi hədəfləyən 30 nərdivanlı bir tunel, Marsa göndəriləcək insanlar və elektrik mühərrikli nəqliyyat vasitələrinin gələcəyimizlə olan qaçılmaz bağlantısı. Musk öncə hər kəsə risk kimi görünən qərarlar alır və cəsurca tətbiq edərək daxil olduğu sahələrdə yeni bir səhifə açmağı bacarır.

Həyat və işdə alınacaq ən böyük riskin risk almamaq olduğunu göstərən E.Musk bizə nələr öyrədə bilər?

Risk almamaq ən böyük riskdir

Həyatda uğursuzluqlar var və hər zaman da belə olmağa davam edəcək. Bəs, biz risk almaqdan qorxarsaq özümüzü gələcəyə necə apara bilərik? Bəlkə də, özümüzə sual verilməli olduğumuz ilk budur.

Musk özünü uğurlu edən, həm özünü, həm də insanlığın gələcəyini fərqli bir ölçüyə daşıyacaq qərarları verərək qırılma yaratan risklər aldı. Öz həyatımızda negativ dəyişikliklər etmək üçün bəlkə də, öz düşüncə tərzimizi kökdən dəyişdirəcək qərar almağı öyrənməyimiz lazımdır. Çərçivələri qırmağımızın zamanı çatmadımı?

Uğursuzluqdan qorxmayın

Marcus Aurelius “Mənim fikirlərim” adlı kitabının investorlar arasında olduqca populyar olduğu bəllidir. Bu ilham verici kitabın ana fikri isə belədir:

“Güc zehninizdədir- Çöldə bir yerlərdə deyil. Bunu başa düşdükdə dayanıqlı gücünüzü də tapacaqsınız”.

Elon Musk bu sözü həyatının prinsipi halına gətirib. Nəyə inanırsa onun üçün mübarizə aparan, etdikləri ilə arxasından bir çox insanı da inandıqlarına inandıra, xəyal gücünü genişləndirən fikirləri həqiqi etmək üçün çalışan insan. Uğursuz ola biləcəyini, xəta edə biləcəyini qəbul edir və sahiblənir.

CNN-nin hazırladığı reportajda o deyir: “Tesla ve Space X”ə başlayanda iki vəziyyət içində uğur ehtimalı 50%-dən aşağı idi. Mən onların uğur qazana biləcəyinə inanmaqdan ziyadə, aha bəlkə də işləməyəcək, amma nəticələri önəmli olduğu üçün təcrübədən keçirməyə dəyər deyə düşündüm”. Uğursuz olma ehtimalınız olsa da, ağılınızdakı şeyi təcrübə etməyə dəyər olacağını sizə xatırladır.

Viking Ruhu

Sadəcə sözləri deyil, hərəkətləri ilə də cəsarətini sübut edən Musk, “nəyi isə edərkən, xəta səbəbindən dolayı qorxmamalıyıq. Böyük ehtimalla xəta olacaq. Əgər atalarımız da bu yanaşmanı qəbul etsəydilər Birləşmiş Ştatlar mövcud olmazdı”.

Qeyri-müəyyənliyi qəbul etmək çətindir, hətta insanın ən böyük çətinliklərinin birisidir o rahatlıq zonasından kənara çıxmaq. Amma həmişə dedikləri kimi həyat o sahədən kənarda deyil mi?

Siz bəs 2018-ci ildə hansı cəsur qərarlar alacaqsınız?

 

Mənbə: Facemark.az

Paylaş