Elon Musk 30 min ədəd papaq satıb

1
656

Dünya miqyasında tanınan ən məşhur sahibkarlardan Elon Musk son dövrlər haqqında danışılan önəmli adlardandır.

Elon Musk-ın Türkiyəyə səfəri zaman Atatürk barədə paylaşımı hələ də ən çox müzakirə edilən mövzudur. Bu hadisədən sonra ona həm  Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət yaranıb.

Elon Musk tunel qazan şirkətinin loqosunu daşıyan sadə papaqlardan 30 min ədəd satıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Elon Musk-ın The Boring Company şirkəti tıxac problemlərindən qurtulmaq üçün yeraltı tunellər qazır.

Şirkət nəqliyyat və infrastruktur işləri üçün tunel qazanmanın yeni və ucuz qiymətli yollarını inkişaf etdirir.

Şirkət təsisçisi CEO Elon Musk oktyabrın  18-də  şirkətin adı üzərində olan şapkalardan 50 min ədəd  istehsal etdiyini və 20 dollardan satdığını bildirmişdi.

Ötən gün Musk bir başqa tweet açıqlamasında bildirib ki, indiyə qədər 30.000 şapka satılıb.

1 COMMENT