Əsas səhifə Motivasiya Elm dünyasının yeni Enşteyni – 23 yaşlı Sabrina

Elm dünyasının yeni Enşteyni – 23 yaşlı Sabrina

1877
PAYLAŞ

23 yaşlı gənc fizik Sabrina Gonzales Pasterski hazırda dünyanın ən ağıllı elm adamlarından biri kimi göstərilir. Əslən Kubadan olan Sabrina MIT-dən 3 il ərzində bütün imtahanlardan ən yüksək qiyməti alan tək qadın kimi tarixə düşüb. Dünya medyası onu yeni Enşteyn kimi qələmə alır.

Sabrina eynilə Enşteyn kimi qara dəliklər, cazibə qüvvəsi və kosmos zamanı ilə bağlı mövzularla maraqlanır. O, bu sahədə inqilab yaradan insanlardan biri ola bilər. Ancaq Sabrinanın yeni Enşteyn kimi göstərilməyinin tək səbəbi elmi uğurları deyil.

İlk dəfə 2008-ci ildə cəmi 14 yaşında tək başına motorlu təyyarə yaratmağı bacarıb. MIT professorları Sabrinanın istedadının standartdan üstün olduğunu qeyd edirlər.

O, hələ də ağıllı telefon, facebook, instagram və linkedindən istifadə etmir.

PAYLAŞ