Əsas səhifə Biznes Elektron siqaret istehsalçısı bir ildə 8 dəfə böyüyərək liderə çevrildi

Elektron siqaret istehsalçısı bir ildə 8 dəfə böyüyərək liderə çevrildi

96
Paylaş

“Kaliforniyada sakinlərin yalnız 11% -i siqaret çəkir. Buna baxmayaraq, yəqin ki, dünyanın ən uğurlu başlanğıc nikotin bazası məhz burada yerləşir”- elektron siqaret istehsalçısı Juul deyir.

2018-ci ilin iyulunda Juul investisiya payını 1 milyarda qaldırdı. Bu şirkətə Lider investor olan New-Yorkun “Tiger Global” fondu 600 milyon dollar investisiya yatırıb. Müqayisə üçün, nəhəng elektron siqaret istehsalçısı, bazarın liderlərindən olan Filip Morrisin kapitallaşması ( İQOS brendi adı ilə ) təxminən 125 milyard dollar təşkil edir.

Jull elektron siqareti nazik metal çubuğa bənzəyir. Cihazı asanlıqla USB yaddaş kartı ilə dəyişik salmaq olar  – tütün kapsulası USB çıxışı ilə şarj alətinə birləşir. Suprem brendinin stili belədir.

Filip Morris ( İQOS ) və Britsh Amerikan Tobakko  (Glo) siqaret qurğularından fərqli olaraq, Juul quru tütünü deyil, maye nikotin qarışığını qızdırır. Bir kartriçdə 200 puf olur. Başlanğıcda 4 dadda ( standart, meyvəli, nanəli və krem brüle ) istehsal edilirdi, indi isə tədricən dadlar artırılır. Yenilərin arasında tütünün xiyar və mango ilə qarışığı dadı var.

Cihazdan və 4 kartricdən ibarət Juulun başlanğıc cihazının dəyəri 49.9 dollara bərabərdir. Müqayisə üçün : Kaliforniyada bir paket siqaretin qiyməti təxminən 8 dollardır.

Şirkətin Son 1 il ərzində istehsalının həcmi 800 % artaraq, gəliri 942 milyon dollara çatdı. Bu Amerika elektron siqaret bazarının 68 % ni təşkil edir. Lakin bir çox cəhətdən, Juulun müvəffəqiyyəti Amerikada hələ İQOS un satılmaması ilə bağlıdır.Çünki, Filip Morris Amerika hökumətini öz cihazının təhlükəsiz olduğuna hələ də inandıra bilməmişdir.

Paylaş